Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pensiyalar nə qədər artdı? –Rəqəmlər

 

Pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olacaq

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu pensiyaların artımı ilə bağlı qərarı şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu ildən ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları indeksləşdirilir:

“Dövlət statistika komitəsinin 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub. Belə olan halda bütün növ əmək pensiyaları orta hesabla 5,7 faiz artır. Bu o deməkdir, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpiklik artıma məruz qalacaq.

Çünki yeni metodologiyaya görə, bu il üçün əmək pensiyaları əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bu zaman əmək pensiyaların baza hissəsi ləğv edildiyi üçün indeksləşdirməyə bütün pensiya məbləği məruz qalır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam