Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ABŞ-da insanların bədbinliyi intihar hallarını artırıb - “Amerika xəyalı” artıq suya düşür

 

 

“Ağ amerikalılar arasında intihar, narkotikdən və alkoqollu içkilərdən ölüm halları artıb.

Yenixeber.org:  Bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunmuş məqalədə deyilir.

Yazının müəllifləri amerikalı alimlər, Nobel mükafatı laureatı Anqus Diton və Enn Keysdir. Onların fikrincə, amerikan kapitalizmi daha əhalinin önəmli bir hissəsi üçün işləmir.

“Kapitalizm bütün dünyada milyardlarla insanı kasıblıqdan qurtarıb. Lakin ABŞ-da son 50 ildə bir çoxlarını yalnız məyusluğa qərq edib. Son üç ildə amerikalılarn orta ömrü 79,1 yaşdan 78 yaşa qədər enib. Bu inkişaf etmiş ölkə üçün normal göstərici sayılmır”,-deyə A.Diton San-Diyeqodakı konfransdakı çıxışında bildirib.

Alimlərin rəyinə əsasən, özəlliklə orta təhsilli ağ əhali arasındakı sosial böhran dərinləşib. “Yeni əsrdə əhalinin bu kəsimi içində ölüm halları çoxalıb. 1999-cu ildə 50-54 yaşlı hər 100 min amerikalının 722-i vəfat edib. Qaradərililərdə bu göstərici 945 olub. Lakin 2015-ci ildə vəziyyət tərsinə dönüb. Belə ki, ağ amerikalılar arasında ölüm halları 927 nəfərə qalxsa da, qaradərililərdə 703 nəfərə qədər enib. Beləliklə, ali təhsili olmayan amerikalılarda ölüm halları 1,7% artıb.

Bundan başqa, intihar, spirtli içkilər və narkotiklərdən də ölüm saylarında çoxalma gözə çarpır. Buraya hədsiz piylənməni də əlavə etmək lazımdır. Nümunə olaraq mormon təriqətinə mənsub insanların sıx və kompakt yaşadığı Yuta ştatını göstərmək olar. Onların dinləri spirt, qəhvə və tütün qəbul etməyi qadağan edir. Lakin burada 45-54 yaşlı əhali içində intihar sayları iki dəfə, spirt və narkotiklərdən ölənlər isə 150%-ə qədər yüksəlib.

Enn Keys ali təhsili olan və olmayan amerikalıların iki ayrı dünyada yaşadıqlaırnı qeyd edib. Belə ki, orta təhsilli amerikalılarn real maaşları son 5 ildir eyni səviyyədə qalıb, bu da onların sağlam ailə qurmaları üçün əngəl törədir.

ABŞ-da sənaye sahəsində işçi yerləri 1980-ci ildə 20% təşkil edirdisə, hazırda bu yalnız 8,5% civarındadır. Xidmət sahəsi isə olduqca az ödənişlidir və burada çalışanların sosial prestij qazanmaq imkanlarından məhrum edib. Bu isə gənc və orta nəsildə cəmiyyət içində sosial statuslarının itirilməsi və başqaları tərəfindən izolyasiyaya məruz qalması hissini doğurur. Üstəlik, öncələr amerikalılarda cəmiyyət həyatının möhkəmlənməsində rol oynayan kilsəyə gedənlər də azalıb.

Diton və Keys əsas günahkarlar olaraq ABŞ-ın səhiyyə sistemini və bu cür insanlara verilən opioidləri görürlər. Çünki Amerikada hər iki işsiz kişidən biri ağrıkəsiçi və narkotik xassəli maddələri içməyə üstünlük verir və bu da onlarda asılılıq yaradlr. Bu cür preparatlar zatən depressiya vəziyyətinə olan insanları intihara sürükləyir.

Bəzi alimlər isə təhsil səviyyəsinin intiharla müqayisələndirməsini tam doğru hesab etmirlər.

Məsələn, Harvard universitetindən Kennet Roqoff əhalinin 70%-nin ali təhsil diplomu daşıdğı Cənubi Koreyanın intihar saylarına görə dünyada liderlik etdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam