Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir əmək pensiyalarının son 9 ildə qeydə alınan artımı barədə

Nazir əmək pensiyalarının son 9 ildə qeydə alınan artımı barədə

 

Son 9 ildə əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə  

artıb

Yenixeber.org: Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun  “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Nazir bildirib ki, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib: 

“Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb. 2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin  hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının son açıqlamasında təqdim olunan məlumatlara nəzər salsaq, görərik ki, Fransa, Avstriya, İtaliya kimi inkişaf  etmiş ölkələr də, təqribən, eyni səviyyədə göstəriciyə malikdirlər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam