Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Naxçıvan əhalisinin sayı açıqlandı

Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.

Yenixeber.org: Bu il yanvarın 1-nə muxtar respublikada əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 58 min 746 nəfər artaraq 456 min 93 nəfər olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 83 nəfər olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı Naxçıvan şəhərində bir kvadratkilometrə 489 nəfər düşür.

2018-ci ildə muxtar respublikada 5305 doğum qeydə alınıb, doğulanların 2795 nəfərini və ya 52,7 faizini oğlanlar, 2510 nəfərini və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulanlardan 52-si əkiz, 1-i üçəm olub. 2018-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 79 min 410 uşaq doğulub.

Ötən il muxtar respublikada 2600 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,6 yaş təşkil edib. 2009-cu ildən 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 30 min 471 nikah qeydə alınıb.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.

Yanvarın 1-nə muxtar respublikada gənclərin sayı 140 min 477 nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Muxtar respublikada əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma cari il oktyabrın 1-dən 10-dək keçiriləcək.(


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam