Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Boliviya Hərbi Hava Qüvvələri -sabiq prezidentin ittihamlarını əsassız sayıb

Boliviya Hərbi Hava Qüvvələri sabiq prezident Evo Moralesin helikopterindəki nasazlıqda onların əli olduğuna dair ittihamını rədd edib.

Yenixeber.org: Boliviya Hərbi Hava Qüvvələrinin “Twitter”dəki açıqlamasında bildirilir: 

“Hava Hadisələrinin Araşdırılması Qrupu uçuş vasitələrinin təhlükəsizliyinə məsul heyətlə birgə işə başlayıb və bu hadisənin səbəblərini öyrənəcəklər”.

Xatırladaq ki, Evo Morales noyabrın 4-də hələ prezident olduğu dönəmdə Boliviyada avtomobil yolunun açılışından geri qayıdarkən helikopteri texniki nasazlıq səbəbindən təcili eniş etmişdi. Hərbçilərin ilkin versiyasına görə, bunun səbəbi arxa propellerin sınması olub.

Bu il oktyabrın 20-də keçirilən prezident seçkilərində kiçik fərqlə qalib gələn E.Morales müxalifətin saxtakarlıq ittihamlarından sonra təkrar seçki elan etsə də, sonra hərbi elitanın təzyiqi ilə istefa verərək Meksikaya gedib. Onunla bir yerdə ölkənin ali rəhbərliyi də istefa verib, hazırda Boliviya Senatının müxalifətdən olan sədr müavini Janin Anyes müvəqqəti prezident kimi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam