Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Boliviyada -iqtidarla müxalifət tərəfdarları arasında toqquşmalar baş verib

Boliviyanın paytaxtı La-Pas şəhərinin mərkəzində ötən gecə solçu prezident Evo Moralesin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib.

Yenixeber.org:  Partladıcı qurğuların, daş və dəyənəklərin istifadə olunduğu hadisələr zamanı bir nəfər xəsarət alıb.

Toqquşmalar müxalifət nümayəndələrinin prezident iqamətgahına doğru hərəkət edərək dövlət başçısının istefasını tələbi zamanı baş verib.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən prezident seçkilərinin ilk turunun qalibi olaraq Ali Seçki Məhkəməsi tərəfindən sosialistlərin nümayəndəsi Evo Morales elan edildikdən sonra ölkədə etirazlar baş qaldırıb. Evo Moralesin əsas rəqibi, müxalifətdən olan namizəd Karlos Mesa seçkilərin nəticələrini tanımadıqlarını açıqlayaraq iqtidarı seçki saxtakarlığında günahlandırıb.

Digər müxalifət nümayəndələri də prezident Evo Moralesi mübahisəli seçkilərdən sonra istefa verməyə çağırıblar. Amerika Dövlətləri Təşkilatı (OAS) da seçkilərlə bağlı bu ayın ortalarınadək yoxlama keçirəcəklərini bildirib. Prezident E.Morales isə bu yoxlamaya tərəfdar çıxaraq hazırkı böhranı aradan qaldırmağa yardım edə biləcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam