Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

ABŞ generalı:"Rusiyanın Qara dənizdəki fəaliyyəti təhlükəli həddə gəlib çatıb"

“Rusiyanın NATO və Ukryananın Qara dənizdəki təlimləri zamanı hərəkətləri ABŞ və onun müttəfiqlərini qayğılandırır”.

Yenixeber.org:  Bu sözlər ABŞ quru qoşunlarının Avropadakı komandanı general Ben Hocesə məxsusdur.

Onun bildirdiyinə əsasən, NATO hərbi təlimlərin keçiriləcəyi rayonları elan edən kimi Rusiya hərbi donanması həmin hövzələrə olan çıxışları bağlayır.

“Bu Odessanın müvəqqəti blokadasında tətbiq olunan taktikaya bənzəyir. Bu səbəbdən həm Rumıniya, həm də digər müttəfiqlərimiz olduqca narahatdırlar”,- deyə amerikalı general bildirib.

Ben Hoces Rusiyanın gələcəkdə öz neft infrastrukturlarını və kəmərlərini qorumaq bəhanəsi ilə Qara dənizin ayrı-ayrı rayonlarını sadəcə blok edəcəyini və hətta mənimsəyəcəyini istisna etməyib.

“Şübhəsiz ki, bu mümkün ssenarilərdən sayılır. Mən Rusyianın “Şimal axını” layihəsini qorumaq adı altında Litvanın Klaypeda şəhərini blokada edə biləcəyi ilə bağlı diskussiyalarda iştirak etmişəm. Buna görə də qəti olaraq əminəm ki, dünyanın bütün strategiya eksertləri bu variantları gözdən keçirirlər. Və biz hər şeyə hazır olmalıyıq”, - deyə ABŞ ordusunun yüksək rütbəli təmsilçisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam