Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Çin və Rusiya birgə güc nümayişinə hazırlaşır

1328605232_cvn-65-01
     Hərbi sahədəki Rusiya-Çin əməkdaşlığı bu iki dövlətin Amerikanın dünya hegemonluğu ilə barışmayacaqlarına bir işarədir. Görünür elə bu səbəbdəndir ki, dünyadakı geosiyası gərginlik getdikcə şiddətlənməyə başalyıb.

    "Xeberinfo.com": Ukrayna böhranının ən qızğın çağında Rusiya Çin ilə yaxınlaşmağa başlamaqla, hadisələrin yeni mərhələyə qədəm qoymasını sübut kimi Qərbə nümayiş etdirmək fikrinə düşüb. Çinin ABŞ-la qarşıdurmaya getmək istəyinin arxasında kifayət qədər əsaslar dayanır. Amerikanların “Asiya tərəfə istiqamətlənməsi” və ABŞ hərbi dəniz qüvvələrinin 60%-nin Sakit Okeanda yerləşməsi həmişə Çini hiddətləndirib. Məsələ ondadır ki, Çinin ən zəif cəhətlərindən biri də Asiya Sakit Okean regionunda çox az müttəfiqə malik olmasıdır.Bunun əksinə ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə hərbi sahədə əməkdaşlıq müqaviləsi var. Digər tərəfdən isə ABŞ həmçinin Cənubi Şərqi Asiya ölkələri ilə də yaxşı münasibətlər qurub. Ancaq ümumi vəziyyətin necə olmasına baxmayaraq, Rusiya ilə yaxınlaşma qüdrətli alyans yaratmaq üçün Çinə xeyli böyük şans verir.

736096_detayİki böyük dövlətin əlaqələrinin nə dərəcədə ciddi olmasını isə yalnız zaman göstərəcək. Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu Çin ilə münasibətlərin perespektivinə böyük ümidlər bəslədiyini bildirib. Onun sözlərinə görə, Rusiya və Çin “regional kollektiv təhlükəsizlik sistemi”-ni formalaşdırmaq niyyətindədirlər. Belə bir sistemin formalaşdırılması ağıllara NATO tipli müdafiə təminatının yaradılması fikrini gətirir. Digər tərəfdən isə, o, bildirib ki, 2015-ci ildə Çin və Rusiya Sakit Okean və Aralıq dənizində hərbi təlimlərə başlayacaq. Sergey Şoyqunun bu sözləri çox təsiredici və inanılmaz təəssürat yaradır.Əgər biz Çin hərbi dəniz qüvvələrinin Aralıq dənizində patrul xidmətinə başlamasına şahidlik edəriksə, deməli onda həqiqətən də dünyanın dəyişdiyini hiss edəcəyik.

Tamamilə aydındır ki, ruslar və çinlilər Amerikanın hərbi təsir imkanlarının genişlənməsindən çox böyük narahatlıq keçirirlər. Amerikan hərbi–dəniz güclərinin Çinin dəniz sahillərinin yaxınlığında yerləşməsi, NATO qüvvələrinin isə Rusiya sərhəddinə qədər gəlib çıxması hər iki dövləti bərk qıcıqlandırır. Ona görə, Çin və Rusiyanın Qərbin arxa cəbhəsində birgə hərbi-dəniz təlimlərini həyata keçirməsi diqqətlə hesablanmış bir hərəkət olacaq. Onların düşünülmüş bu oyunu öz güclü rəqiblərini sıxışdırmaq məqsədini güdür. Əlbəttə, aydın məsələdir ki, ABŞ heç bir vəclə Çin ilə Rusiyaya onların öz regionlarında ağalıq etmələrinə imkan vermir.

Hazırda Rusiya Çindən xeyli zəifdir. Rusların iqtisadi vəziyyətı Çindən fərqli olaraq, xoşagəlməz haldadır. Rusiya ilə ABŞ arasındakı münasibət elə bir bərbad vəziyyətə düşüb ki, ruslar Çindən başqa onlara həyan duracaq digər güclü bir əməkdaş tapa bilmirlər. Elə məhz bu səbəbdən də, Rusiya özünə heç də sərf etməyən qiymətə Çinə qaz satılmasına razı olub. İndi isə Çin əvvəllər Rusiyanın ona satmaqdan imtina etdiyi yüksək texnologiyalı silahların satılmasını tələb etməyə başlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam