Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

PUTİN PEKİNİN AĞUŞUNDAN XİLAS OLMAĞA ÇALIŞIR

 

“Ruslar Çin faktoruna qarşı hansısa tarazılıq yaratmaq fkrindədirlər. Çünki hazırda Kremli Çinin artan potensialı və niyyətləri narahat edir”

“ABŞ və onun müttəfiqləri tərəfindən təcrid olunmuş, Çinlə də heç də rəvan münasibətlərə malik olmayan Rusiya bütün Asiya üzrə özünə müttəfiqlər axtarmağa başlayıb. Moskvnın yeni dostlara və gəlirlərə ehtiyac duyması da bu prosesdə ciddi rol oynayıb”. 

"Xeberinfo.com":  Məlumata görə, bu fikirlər “Japan Times” nəşrində dərc ounan “Putin Asiyaya tərəf istiqamətlənib” başlıqlı məqalədə yer alıb.
“Azpolitika.info”nun məlumatına görə məalədə daha sonra bildirilir: “ Pakistanla yeni strateji müqavilənin imzalanması, Vladimir Putinin Hindistana səfəri, Şimali Koreya rəhbərinin ölkə kənarına- Moskvaya çıxmağa hazırlşması məhz Rusiyanın üzünü Asiya ölkələrinə çevirdiyini göstərir. Kremlin bu cür addımlar atması strateji baxımdan iki məqsəd daşıyır:
-birincisi, sanksiyalar və aşağı düşən neft qiymətləri ucbatından iqtisadiyyatı zəiflədiyi üçün özünə yeni bazarlar axtarmaq;
-ikncisi isə Asiya qitəsində Rusiyanın yeganə müttəfiq kimi çıxış edən Çinlə kifayətləmnəyərək, özünə yeni dostlar tapmaq.
3CINBütün bunlarla yanaşı Putin özünün Si Çzipinlə olan münasibətindəki üstünlük istiqamətinin daha çox Çinin xeyrinə dəyişməsindən bərk narahatdır. Belə davam edərsə Çinin yaxın gələckdə Rusiya üzərində təirini ciddi şəkildə rtıracağını Moskvada da artıq başa düşürlər.
Vaşinqtonda yerləşən “Beynəlxalaq Strateji Araşdırmlar Mərkəzi”nin Rusiya-Avrasiya məsələləri üzrə direktoru Endryu Koçins mövzu ilə əlaqədar olaraq deyib: ”Ruslar Çindən daha çox borc alamqdan xeyli dərəcədə ehtiyat edirlər. Bu səbəbdən də onlar öz kredit portfellərinin diversifikasiya (şaxələnmə) olunmasına və eyni zamanda Asiya ölkələrinə daha geniş şərçivədə yaxınlaşmağa çalışırlar. Ukrayna böhranı da Rusiyanı Asiya ölkələri ilə əlaqə qurmağa cəhd göstərməyə vadar edib”.
Məqalədə daha sonra qeyd olunur ki, Rusiya Pekindən asılılığını azaltmağa çalışsa da, Putin indiki zamanda Çin kimi nəhəng dövlətilə əlaqələrində hər hansı problemin yaranmasına imkan verə bilməz: “Çin 2013-cü ildən Rusiyanın ən böyük ticarət əməkdaşıdır. İki tərəf daimi olaraq müştərək hərbi təlimlər həyata keçirirlər. Digər tərəfdən Çin Rusiyadan qaz alır. Yəni, Moskvanın tam təcrid olunmamasında Pekinin rolu böyükdür.
2hAmma buna bamayaraq,  Kreml öz gələcəyini sığortalamaq üçün Asiya qitəsində başqa əməkdaşların olmasını da arzulayır. Son aylar Rusiya Hindistanla, Yaponiya ilə, Cənubi Koreya ilə, İndoneziya və Pakistanla əlaqələrini genişləndirmək üzərində çalışır. Məsələn Asiya ölkələrindəki maraqlarını genişləndirmək istəyən Rusiya Vyetnama təyyarə və sualtı qayıqlar göndərməklə yanaşı, atom elektrik stansiyasının tikilməsinə də yarım göstərir.
Keçən ilin sonunda Putin Dehlidə səfərdə olan zaman Hindistan və Rusiya liderləri, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyələrə qaldırıcaqlarını bəyan etmişdilər. Putin Hindistana neft, silah və atom sualtı qayıqları çatdıracaqlarına söz verib”.

4caMəqalədə daha sonra bildirilir ki, bütün bunlarla yanaşı, Putin Pekinin “ağuşuna” tam düşməmək üçün bir an öncə Yaponiya ilə münasibətləri yaxşılaşdırmğın vacib olduğunu anlayır: “Putinin məqsədlərindən biri də Yaponiya ilə Rusiya arasındakı ərazi mübahisələrinə görə yaşanan gərginliyin azalmasıdır. İki ölkə arasındakı münasibətlərin yaxşılaşması artan güc olan Çin faktoruna qarşı qabaqlayıcı tədbir də ola bilər.
“Brookings İndia” institutunun elmi əməkdaşı V.Sidhu Rusiyanın maraqları haqqında bildirib:”Rusiya daha fəal şəkildə nəzərlərini Asiyaya tərəf çevirməsi vəziyyətin heç də sadə olmadığını göstərir. Ola bilər ki, ruslar Çin faktoruna qarşı hansısa tarazılıq yaramaq fkrindədirlər. Çünki hazırda Kremli Çinin artan potensialı və niyyətləri narahat edir”
8nMay ayında Moskva İkinci Dünya Müharibəsinin başa çatmasının 70 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Həmin bu tədbirdə iştirak etmək üçün Çin Xalq Respublikasının sədri Si Çzinpin, Şimali Koreya rəhbəri Kim Çen In, Yaponiyanın baş nazıri Sindzo Abe və Cənubi Koreya prezidenti Pak Kin Xe də dəvət olunanlar arasındadırlar”.

Məqalənin sonunda Rusiyanın Asiyada müttəfiq tapmaq cəhdlərinin uğursuz olaçağı bildirilir: “Londandakı “Chatham House” elmi-araşdırmalr institutunun direktoru Robert Niblett hesab edir ki, öz mövqelərini Asiya qitəsində gücləndirməyə çalışan Rusiyanın regiondakı imkanları iqtisadi rəqabət qabiliyətinin zəifliyinə görə məhduddur. Onun fikrinə görə Cənubi Koreya və Yaponiya Rusiya tərəfə deyil, həmişə Amerika və Çin kimi dövlətlərə tərəf baxacaqlar.
6CINKeçən ilin may ayında Pekinlə bağlanmış müqaviləyə əsasən şərqi Sibirin tam işlənməmiş yataqlarından hasil olunacaq qazın Çinə nəqli layihəsində heç bir irəliləyiş yoxdur. Layihə elə hazırlıq prosesindəcə ilişib qalıb. Yaponiya, Cənubi Koreya və Hindistana çəkiləcək qaz kəmərinin tikintisində də əsaslı bir uğur gözə çarpmır.
“Honkonq Univesiteti”nin şərqi Avropa ölkələri üzrə mütəxəssisi Bred Uilyams siyasi təsir dairəsini genişləndirmək istəyən Rusiyanın Asiyaya olan marağını bu cür şərh edib: ”Rusiyanın geostrateji iştahı onun imkanlarından böyükdür. Qısaca olaraq demək lazımdır ki, Rusiyanın Asiyada daimi duruş gətirmək üçün lazımı iqtisadiyyatı yoxdur”.


AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam