Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

ABŞ ÇİN-RUSİYA İTTİFAQINA İMKAN VERƏCƏKMİ?

 

“Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə Qərb arasında və xüsusən də ABŞ-la gərginliyin artması soyuq müharibə dövründə iki super dövlətin təsir dairəsi uğrunda başqalarının vasitəsi ilə müharibə aparmalarını xatırladır. İri dövlətlərin bugünkü siyasi oyunlarında əsas məsələ ABŞ-a qarşı Çin və Rusiyanın alyans yaratmağı bacarıb-bacarmayacağı sualıdır”. 

"Xeberinfo.com":  “AzPolitika.info”nun məlumatına görə, bu barədə Yaponiya “The Diplomat” nəşrində işıq üzü görən mnəqalədə məlumat verilib. Mıəqalədə daha sonra bildirilir:

-Çinin rəhbəri Si Çzinpin və Rusiya prezidenti Vladimir Putin ölkələrinin əvvəlki şöhrətini bərpa etməyə cəhd göstərirlər. Özünün xarici siyasətində Si Çzinpin Şərqi-Çin dənizindəki ərazi mübahisələrində Yaponiya, Cənubi–Çin dənizindəki ərazilər uğrunda isə digər Asiya ölkələri ilə mübarizədə güclü mövqe nümayiş etdirir. Hamı Putinin Krım məsələsində və Şərqi Ukraynadakı aqressiyasının şahidi oldu. Həm Si Çzinpin və həm də ki, Putin hesab edirlər ki, keçmişdə onların ölkələri ilə ədalətli davranılmayıb. Elə həmin səbəbdən də, bu iki böyük dövləti mövcud dünya nizamı qətiyyən qane etmir. Lakin mövqelərdəki bu cür oxşarlıq onların bir-birləri ilə asan dil tapa biləcəyi mənasına da gəlmir. Düzdür, Si Çzinpin və Putin ABŞ-ın hegemonluq etdiyi indiki dünya nizamını qəbul etmirlər, lakin onların həmin bu nizama qarşı çıxacaq ümumi və aydın mövqeləri də yoxdur.

Soyuq müharibə zamanı hər iki ölkənin kommunist düşərgəsinə aid olamalarına baxmayaraq, Çin Moskva ilə yaxınlaşmağa səy göstərmirdi. Ukrayna böhranı ilə əlaqədar Qərb sanksiyaları üzündən ciddi iqtisadi çətinliklərlə qarşılaşan Rusiya, Çindən onlara maliyyə deyil, diplomatik dəstək lazım olduğunu göstərdi. Hətta əgər Si Çzinpin və Putin Qərbə qarşı münasibətdə eyni mövqeni paylaşsalar da, onların məqsədləri fərqlidir.

- Ticarət balansı və irəliyə gedən strateji nəticələr

Çin–Rusiya münasibətlərinin əsasını iqtisadi əlaqələr təşkil edir və 2014-cü ildə ölkələr arasındakı ikitərəfli ticarət dövriyyəsi 95 milyard dollar təşkil edib. Rusiya Çin ilə 30 illik müddətinə və 400 milyard dollarlıq qaz sövdələşməsinə imza atıb. Həmin sövdələşməyə görə 2017-2047-ci illər arasında Çin Rusiyadan hər il 38 milyard kubmetr həcmində qaz alacaq. Ancaq hətta iki ölkə arasındakı ən möhkəm əlaqələr belə, öz təbiətinə görə problemlərlə doludur.

Birincisi Çin ilə Rusiya arasındakı ticarətdə kəskin balans pozğunluğu var. Çünki onlar arsındakı ticarət dövriyyəsi əsas etibarı ilə neft, qaz və silah satışıyla bağlıdır.Rusiya üçün başlıca ticarət tərəfdaşı Avropa Birliyi, Çin üçün isə ABŞ-dır. Çin Rusiyanın ticarət tərəfdaşları sırasında ikinci yeri tutur, Rusiya isə Çinin xarici ticarət siyahısındakı ölkələr içərisində səkkizinci yerdə gedir. Başqa sözlə belə deyə bilərik ki, Çin ilə Amerika Qərbə nə qədər nifrətlə yanaşsalar da, Çin Amerika bazarından, Rusiya isə Avropa bazarından imtina edə bilməz.

İkincisi - iki ölkə arasında enerji daşıyıcılarının çatdırılması ilə əlaqədar müqavilə bağlanmasına baxmayaraq, bu sövdələşmə qarşılıqlı mənfəət baxımından tam mənası ilə əlverişli görünmür. Hər iki dövləti özünə yaxın əməkdaş ölkə əldə etməkdən daha çox böyük gəlirlər qazanmaq maraqlandırır. Qərbin anti-Rusiya sanksiyaları Moskvanı Çin ilə enerji müqaviləsi imzalamağa məcbur etdi. Amma hər iki ölkə çox yaxşı anlayır ki, həddən ziyadə asılılıq birini digərinin qarşısında potensial olaraq zəiflədir. Beləki, Çin Orta Asiya ölkərəri ilə iqtisadi əməkdaşlığı intensiv şəkildə genişləndirməklə, neft alışını onların hesabına diversifikasiya (şaxələndirmək) etməyə cəhd göstərir. Öz növbəsində Rusiya da öz neft satışı bazarını genişləndirməsi məqsədi ilə digər Asiya ölkələri -Yaponiya, Hindistan, Monqolustan, Cənubi Koreya, Vyetnam ilə bu istiqamətdə əlaqələr qurmağa can atır. Görəsən bütün bunlar düşünülmüş şəkildəmi həyata keçirilir? Amma Rusiyanın enerji sferasında bir neçə Asiya ölkəsi ilə əməkdaşlıq aparması Çin üçün strateji xarakter daşıyan bəzi problemlər yaradıb. Məsələn, Pekinin mübahisəsiz olaraq özünün suveren haqqı elan etdiyi Çənubi-Çin dənizindəki ərazilərdə neft yataqlarının işlənməsinə dair Vyetnamla Rusiya arasında 2012-ci ildə bağlanan müqaviləni çinli analitiklər arxadan vurulan bıçaq zərbəsi kimi qiymətləndirmişdilər. Anoloji şəkildə Moskva da öz növbəsində Orta Asiya ərazisindən keçən Çinin “Böyük İpək Yolu” iqtisadi kəmərinin Rusiyanın Avrasiyadakı geosiyasi təsirinə güclü zərbə vura biləcəyindən bərk narahatdır.

01Nəhayət, heç də az əhəmiyyət daşımayan məsələlərdən biri də Rusiya-Çin arasındakı silah ticarətidir. Rusiyanın Çini silah və hərbi texnika ilə təchiz edən əsas ölkə olmasına heç bir şübhə yoxdur. Amma bunlarla yanaşı o da heç sirr deyil ki, Rusiya Çinə ən müasir hərbi texnika satmaq fikrindən uzaqdır, çünki bu ölkə onun potensial rəqibidir. Digər yandan isə Rusiyanın Çinin qonşusu Vyetnamla hərbi sahədəki əməkdaşlığı Çənubi-Çin dənizi akvatoriyasında Pekinin xoşuna gəlməyən strateji tarazlığın yaranmasına təkan verəcək. Beləki, 2009-cu ildən Rusiya Vyetnama NATO təsnifatına görə “Kilo” adlandırılan üç ədəd sualtı qayıq satıb və bu hərbi texnika onların Çinə satdıqlarından daha müasirdir.

- Düşüncə fərqliliyi

Çin qlobal ambisiyası olan Asiya ölkəsidir. Rusiya tarixi baxımdan özünü Avropa ölkəsi hesab edir və o, öz strateji baxışlarını yalnız bu yaxınlarda Asiya tərəfinə çevirib. Hər iki ölkənin tarixi faciəli və qanlı hadisələrlə doludur. Soyuq müharibədən sonra elə görünürdü ki, Rusiya ilə Çin Amerika hegemonluğundan müdafiə olunmaq məsələsində qarşılıqlı anlaşmaya gəliblər. Lakin Çin ilə Rusiyanın strateji əməkdaşlıq maraqları diplomatik oyundan uzağa getmədi. Hal-hazırda hər iki ölkənin Qərbə qarşı ciddi iradlarının olmasına baxmayaraq, gec və ya tez bu iki böyük dövlət arasında gərgin münasibətlər yaşanacaq. Onların Orta Asiyadakı strateji və iqtisadi imkanlar uğrunda “Şanxay Əməkdaşlıq Təşkilatı” çərçivəsindəki münasibətlərində və həmçinin də regionda dominantlıq etmək məsələsində dərin problemləri yaranacaq.

- Siyasətin gücü

00xi-putin-dealAncaq Çin-Rusiya münasibətləri barəsində hər hansı bir yekun nəticə çıxarmaq hələ çox tezdir. Bu iki böyük dövlət arasındakı əlaqələri əməkdaşlıq və ya alyans adlandırmağa tələsmək olmaz, çünki siyasətdə daimi dostlar yox, daimi maraqlar ön planda dayanır. Müsbət tendensiyanın olmasına baxmayaraq, hər halda bu dövlətlərin münasibətində möhkəm zəmin, qarşılıqlı inam və ölkələrin xüsusiyyətləri arasında oxşarlıq çatışmır. Yalnız Qərb tərəfindən gələ biləcək çox ciddi təhlükə hər iki ölkənin iqtisadi və hərbi cəhətdən yaxınlaşmasına böyük imkanlar aça bilər. Bu isə ABŞ-dan asılıdır. Əgər Si Çzinpin və Vladimir Putin gələcəkdə də gərgin mövqe tutmağa təhrik olunarsa, onda Pekin ilə Moskva hərbi alyansın yaranması və ya daha etibarlı əməkdaşlığın yolunun tutulması haqqında ciddi düşünməyə başlayacaqlar. Bundan qaçmaq üçün ABŞ özünün həm Rusiya və həm də ki, Çin ilə münasibətlərində gərginlik yükünü azaltmalıdır.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam