Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

ABŞ təyyarələri Səddamın keçmiş sarayını bombaladı


 

ABÇ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təyyarələri İraqda İŞİD-ə qarşı raket-bomba zərbələri endirməkdə davam edir.

Xeberinfo.com:   Xarici KİV bildirir ki, dünən koalisiya qüvvələri arsenalındakı ən ağır və ən böyük aviabombalardan istifadə edərək İŞİD-in Mosul şəhərindəki idaretmə mərkəzini və qərargahını viran qoyub.

Xatırladaq ki, İŞİD-in qərargahı İraqın mərhum prezidenti Səddam Hüseynin sarayında yerləşirdi.

Bu saray 1994-cü ildə inşa olunmuşdu.

Sarayda idarəetmə mərkəzi və qərargahla yanaşı, İŞİD-ə qatılmış xarici ölkə vətəndaşlarının terror təlimi keçdikləri düşərgə də vardı.

Koalisiyanın Britaniyaya məxsus 2 "Tornado" qırıcı-bombardmançı təyyarəsinin pilotları saraya hər biri 907 kiloqram ağırlığında "Enhanced Paveway III" aviabombaları atıblar.

Bu aviabombalar bunkerləri və yeraltı istehkamları darmadağın etmək gücünə malik olduğu üçün "Bunker buster" adlandırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam