Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

FRANSADA TERROR: azı 80 nəfər ölüb, 100-dən çox yaralı var – VİDEO

 

a51e34ce7d7579a14c30c2cf9d16d53a

Fransanın cənubundakı Nice şəhərində, 14 İyul Bastiliya Günü qeyd edilən zaman, Promenade Des Anglais küçəsində saat 22.30 radələrində bir yük avtomobili camaatın üzərinə sürülüb.

Xeberinfo.com:  Atəşfəşanlığı izləyən insanların içərisinə 90 kilometr/saat sürətlə girərək təxminən 2 kilometr məsafə qət etdiyi bildirilən yük avtomobilinin altında qalan və üzərinə atəş açılan ən azı 80 insan həyatını itirib.
Fransa mətbuatı terrorçunun 31 yaşında Nice-da yaşayan bir Tunisli olduğunu iddia edib.

FÖVQƏLADƏ HAL UZADILIB

Fransa Prezidenti Fransua Holland, hadisədən sonra verdiyi açıqlamada “Nazirlərimizlə yeni tədbirlər gördük, 10 min əsgər və polis qüvvələrinin səfərbər edildiyi əməliyyatlar davam edəcək. 26 İyulda sona çatdırılması planlaşdırılan fövqəladə hal 3 ay daha uzadılmışdır” deyib.

Hadisədə 77 nəfərin öldüyünü açıqlayan Holland, hücumu təşkil edən terrorçunun istifadə etdiyi yük avtomobilində başqalarının da olduğu iddialarına dair olaraq, “Hazırda hücumu təşkil edənin yanında başqaları olubmu bilmirik” açıqlamasını da verib.

Holland, səhər təhlükəsizlik və müdafiə şurasının iclasının keçiriləcəyini də açıqlayıb.

YÜK AVTOMOBİLİNDƏN SURSAT VƏ BOMBA ÇIXIB

Terrorçunun istifadə etdiyi yük maşınından əhəmiyyətli miqdarda silah, sursat və bomba çıxıb.

FRANSA POLİSİ: 77 ÖLÜ

Teror aktında ölənlərin sayı 80 nəfəri keçib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.
“İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, – deyə məlumatda bildirilir.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam