Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Putin Şoyqunu Suriyaya Əsədlə görüşə göndərdi - VİDEO

Prezident Vladimir Putinin tapşırığı ilə Suriyaya səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Bəşər Əsədlə görüşüb.

Xeberinfo.com:   Məlumata görə, Suriyanın dövlət televiziyası bildirib ki, onlar terrorizmlə mübarizə yolları barədə müzakirə aparıblar.

Bu ərəfədə Pentaqon Moskvanı ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələri bombalamaqda ittiham edib.

Pentaqonun sözçüsü Peter Cook iyunun 18-də deyib ki, ABŞ hərbi rəsmiləri rusiyalı həmkarları ilə video konfrans keçiriblər və koalisiyanın dəstəklədiyi qüvvələrə qarşı rusiyalı hərbçilərin əməliyyat keçirməsindən narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, iyunun 16-da rusiyalı təyyarəçilər Suriya müxalifətinin mövqelərini bombalayıblar, amerikalı təyyarəçilərin xəbərdarlığına baxmayaraq, rusiyalı təyyarəçilər əraziyə daha bir zərbə endiriblər.

Rusiyanın Müdafiə Nazirliyi isə müxalifət qüvvələrinə qarşı hər hansı əməliyyat keçirmədiklərini deyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam