Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Rusiya hərbçilərinin Suriyada olduğunu təsdiqləyirəm”

 

“Rusiya hərbi mütəxəssislərinin Suriyada olduğunu təsdiq və dönə-dönə təkrar edə bilərəm”. 

 

"Xeberinfo.com":   Məlumata görə, “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, onlar Suriya hərbçilərinə ölkə ərazisinə daxil olan texnikanı öyrənməsinə yardım edirlər.
“Biz heç vaxt Suriya ilə hərbi-texniki sahədə əməkdaşlıq etdiyimizi gizlətməmişik. Bu yaxınlarda Suriyaya silah və hərbi texnika göndərmişik. Bunu uyğun müqavilələr əsasında beynəlxalq hüquqa uyğun olaraq həyata keçiririk”, – o vurğulayıb.
Sentyabrın 9-da ABŞ rəsmiləri bildirib ki, son bir neçə gündə Rusiyanın azı üç hərbi nəqliyyat təyyarəsi Suriyaya enib.
Xatırladaq ki, Rusiya həmin silah və hərbi texnikanı Suriyadakı Bəşşar Əsəd rejimi ilə bağladığı müqaviləyə uyğun olaraq tədarük edir. Rusiyalı mütəxəssislər də Bəşşar Əsədin hərbçilərini təlimatlandırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam