Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ərdoğan Avropa İttifaqının tələblərini yerinə yetirməkdən imtina etdi

erdogan-yeni1

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa rəhbərliyini vizaların ləğvi üçün irəli sürülən sərt tələblərə görə tənqid edib.

Xeberinfo.com:   Bunu «Reuters» xəbər verib.

«Türkiyə terrorçu təşkilatlar, onları açıq, ya gizli dəstəkləyən qüvvələr tərəfindən zərbələrə məruz qaldığı bir vaxtda Aİ bizdən terrorçuluq haqqında qanunu dəyişdirməyimizi tələb edir. Onlar deyirlər: «Biz vizaları ləğv edirik və bu bizim tələbimizdir!» Bağışlayın, biz öz yolumuzla gedirik, siz isə öz yolunuzla gedin. Kiminlə istəyirsiniz, saziş bağlayın», – İstanbuldakı çıxışında o belə deyib.
Mayın 4-də xəbər verilmişdi ki, Avrokomissiya Aİ-yə Türkiyə Respublikası vətəndaşları üçün vizaların ləğvini tövsiyə edib. Bununla bərabər, Avrokomissiyada qeyd etmişdilər ki, viza rejiminin liberallaşdırılması Avropa İttifaqında iş hüququ anlamına gəlmir və söhbət yalnız 90 gün müddətindən çox olmayaraq işgüzar və ailəvi səfərlərdən gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam