Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

''Almaniyanın qərarı ilə tariximiz dəyişəcək deyil''

Türkiyə prezidenti Ərdoğan: ''Almaniyanın qərarı ilə tariximiz dəyişəcək deyil''

 

 

“Bu qərarın heç bizim üçün heç bir qiymətli əhəmiyyəti yoxdur. Bir qərarla tariximizi dəyişəcək deyilik”.
Xeberinfo.com:  Türk mediasına istinadən xəbərə görə , bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika qitə ölkələrinə, rəsmi səfər zamanı, Keniyada olarkən söyləyib.
"Biz Almaniya parlamentində gedən müzakirələri də izləyəcəyik. Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarında da açıq şəkildə qeyd olunub ki, 1915-ci il hadisələri ilə 2-ci dünya müharibəsində yəhudilərə qarşı törədilən "Xolokost" cinayəti arasında heç bir əlaqə yoxdur",- deyə Türkiyə prezidenti əlavə edib.
Ərdoğan bu qərarın xeyirli əlamət olmadığını da bildirib: “Mühacirlərin geri qaytarılması, viza sərbəstliyi və Avropa Birliyi kimi mövzular. Bütün bunları Dünya humanitar sammitində Almaniya kansleri Merkelə də anlatdım. Bütün bu mövzular bərabər yürüməzsə biz də bizə düşən addımları atmaya bilərik". 
“Mühacirlərin geri qaytarılması haqqında” sazişin parlamentdən və hökumətdən keçməsi bu məsələnin bitməsi anlamına gəlməməlidir. Bu məsələ bizim miqrasiya idarəsindən də keçməlidir”,- deyən prezident miqrasiya məsələsinin bitmədiyinə işarə vurub.
Ərdoğan Merkelin səsverməyə qatılamamasının da anlaşılmaz olduğunu bildirib. Türkiyə prezidentinin sözlərinə görə Almaniya lideri səmimi olsaydı səsverməyə qatılmaqla bərabər öz frasksiyasını (Xristian-demokrat partiyası-red.) bu qərardan vaz keçirməli idi.
Türkiyə prezidenti “alman məktəbi” adlandırdığı bəzi alman siyasi çevrələrin Türkiyə üzərində bədnam planlar izində olduğunu bildirib. Ərdoğan alman mediasının da bu istiqamətə dəstək verdiyini və türk mətbuatından buna qatılanların olduğunu bildirib.
Ərdoğan Suriyada kürd hərbi güclərinin Hələb yanındakı Manbic şəhərinə girməsinin yolverilməz olduğunu bildirib.
Rusiya ilə bağlı məsələyə toxunan Türkiyə prezidenti iki ölkə arasında münasibətlərin bir təyyarə vurulma hadisəsinə qurban verilməməsinin vacibliyini vurğulayıb və Putinin son açqlamalarına etibar etdiyini söyləyib.
Türkiyə prezidenti İsrail ilə münasibətlərin düzəlməsi ilə bağlı görüşlərin keçirildiyini təsdiqləyib və bu yolda mühüm addımlar atıldığını söyləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam