Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

QƏRBDƏN UKRAYNAYA TƏZYİQLƏR BAŞLAYIB... -Zelenskinin “sağ əli” açıqladı

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Qərbi açıq şəkildə tənqid edib. 

Yenixeber.org: Ukrayna lideri Zelenskinin sağ əli kimi tanınan Podolyak Qərbdən gələn mesajı ictimaiyyətə açıqlayıb.

“Döyüş meydanında təşəbbüskar olsanız da, hər şeyi hərbi yollarla həll edə bilməyəcəksiniz, danışıqlar aparmalısınız” kimi təkliflər almaq bir az qəribədir” - Podolyak deyib.

O, Qərbin Ukraynanı sülh danışıqlarına razı salmaq üçün göstərdiyi “qəribə” cəhdləri pisləyib. Zelenskinin müşaviri əlavə edib ki, bu, torpaqlarını geri alan ölkənin itirən ölkəyə təslim olması demək olacaq.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın son həftələrdə Ukraynaya Rusiya ilə danışıqlar aparması üçün təzyiq göstərdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.

Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam