Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SSRİ-nin ağlasığmaz layhəsi: "Berinq səddi" (Gizli Tarix)

SSRİ-nin ağlasığmaz layhəsi: "Berinq səddi" (Gizli Tarix)
“Soyuq müharibə” dövründə həm ABŞ, həm də Sovet İttifaqı iqlimlə əlaqəli müharibə ssenariləri üzərində işləyirdilər. 1954-cü ildə SSRİ-də ABŞ-a zərbə vurmaq üçün ortaya atılan və "Berinq layihəsi" adlanan ideya özünün qeyri-adiliyi və ağlasığmazlığı ilə seçilirdi.
Yenixeber.orgMəlum olduğu kimi, Şimal Qütbünə gedən yol olaraq, boğaz Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır və Asiyanın ən şərq nöqtəsi ilə Amerikanın ən qərb nöqtələrinin arasında yerləşir. Rusiya və Alyaska arasında coğrafı sərhəd mövqeyinə malikdir. Bütün bunlardan aydın görünür ki, boğaz böyük geostrateji əhəmiyyətə sahibdir. Berinq boğazı dünyadakı ən təhlükəli nöqtələrdən biridir və yüzlərlə gəminin qəzaya uğrayaraq batdığı ərazi kimi də tanınır.

İdeyanın mahiyyəti bundan ibarət idi ki, SSRİ Berqin boğazında hündürlüyü 200 metr, uzunluğu 90 km. olan divar çəkməklə həm ABŞ-ın qarşısını almağı, həm də Koreya və Yapon dənizlərinə axan soyuq cərəyanları idarə edərək, bölgənin temperaturu ilə manipulyasiya etməyi düşünürdü. İdeyanın müəllifi professor Pyotr Mixsyloviç Borisov inanırdı ki, çəkilən sədd vasitəsilə isti hava cərəyanını idarə etmək mümkün olacaq. Söhbət təkcə adi səddən getmir, layihədə müxtəlif tipli iriölçülü texnika çalışacaqdı.



Antarktika bölgəsi zəngin enerji qaynaqlarına sahibdir. Ona görə, SSRİ və ABŞ hələ “soyuq müharibə” dönəmindən bəri bölgəyə sahib olmaq uğurunda yarışmaya girmişdirlər. Professor Borisov soyuq şimal suyunu böyük mühərrikli hidroelektrik, yaxud nüvə reaktoru ilə çalışan su nasoslarının köməyi ilə Sakit okeana vurmağı düşünür və inanırdı ki, bu yolla Antraktika hövzəsində buzların əriməsinə nail olmaq mümkündür.

Təbii ki, dünyanın iqlim qurluşunu alt-üst edəcək bu meqalayihə həyata keçirilmir. çəkilmədi. Əgər SSRİ bunu həyata keçirməyə başlasa, bəlkə də həmin plan onu müharibəyə sürükləyəcəkdi. Çünki hər şeydən əlavə, “Berinq səddi” Kanada, Danimarka və ABŞ-ın milli təhlükəsizliyi üçün böyük təhdid sayılırdı.

Fərrux Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam