Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ərdoğanın güllə keçirməyən, birbaşa peyklə əlaqəsi olan "canavar" ləqəbli maşını haqda BİLİNMƏYƏNLƏR +VİDEO



Ərdoğanın güllə keçirməyən, birbaşa peyklə əlaqəsi olan "canavar" ləqəbli maşını haqda BİLİNMƏYƏNLƏR +VİDEO

 

Ölkə rəhbərlərinin iş avtomobilləri zaman-zaman mətbuatın maraq dairəsində olub.
Təhlükəsizlik baxımından preizdentlərin iş avtomobilləri xüsusi zirehlə,mühafizə vasitələri ilə təmin olunur.Bütün bunlar baş verəcək sui-qəsd hadisələri zamanı rəhbərləri daha az xəsarət almaqla xilas etmək məqsədi daşıyır.Ölkə rəhbərlərinin hərəkət etdiyi avtomobillər xüsusi zavodlarda,xüsusi qaydada yığılır.Bunun üçün hətta bir neçə mütəxəssis belə cəlb olunur.
Qeyd olunan mövzuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı məlumat xüsusilə maraq kəsb edir.

Yenixeber.org: Türkiyə mətbuatı bildirir ki, Ərdoğanın xidməti avtomobili "Mercedes” S600 modelidir. Prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir. Ərdoğanın maşını təxminən 500min manata yaxın məbləğə yenidən yığılıb. 
Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır. 
Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa,polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir. 



S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir. Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur. 
Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlan yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın "canavarı” da deyirlər. 
Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər.
Ərdoğan qeyd olunan "canavar"la artıq 2 ilə yaxındır ki, hərəkət edir.Türkiyə Prezidentinin Almaniyaya səfəri zamanı ortaya maraqlı video çıxıb.Belə ki,Türkiyə prezidentini Almaniya səfəri zamanı kortejdə 50-dən çox avtomobil müşayiət edib.Qeyd olunan video sossial şəbəkələrdə yayldıqdan sonra böyük müzakirələrə səbəb olub.Həmin anın kadrlarını təqdim edirik:(femida)





 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam