Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanın "qızıl" heykəli təhqir olundu

 

Ərdoğanın "qızıl" heykəli təhqir olundu
Almaniyanın Gessen federal torpağının Visbasden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “qızıl” heykəli qoyulub.
Yenixeber.org: Bu barədə “t-online” xəbər portalı məlumat verib. Qeyd olunur ki, Ərdoğanın 4 metr hündürlüyündəki “qızıl” heykəli incəsənət üzərindən təxribatlarla məşhur olan “Wiesbaden Biennale” festivalı çərçivəsində şəhərin mərkəzindəki meydana yerləşdirilib.

Festivalda əlində Türkiyə bayrağı olan insanlar Ərdoğanın heykəli ilə şəkil çəkdiriblər. Lakin Ərdoğana sevgi bəsləməyənlər və onun əleyhdarları heykəlin üzərində nalayiq sözlər yazıb və şəkillər cızıblar. Alman polisi baş verənlərdən xəbərdar olduqlarını və gün ərzində hadisələrin necə inkişaf edəcəyini izlədiklərini bildirsə də, “diktator” şüarları səsləndirən insanların təzyiqi ilə daha sonra heykəl meydandan götürülüb.

O da maraqlıdır ki, Ərdoğanın “qızıl” heykəli Visbasdendə 23 avqustdan 2 sentyabradək davam edəcək “Pis xəbərlər” mövzusundakı festival çərçivəsində nümayiş etdirilib. “Wiesbaden Biennale” festivalının tərtibatçıları bu addımlarının səbəbini hələ ki izah etməyiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam