Sağlam bədəndə sağlam ruh və sağlam fikir olur.

 

Yenixeber.org: Buna görə də, liderlər öz sağlamlıqlarına xüsusilə diqqət yetirirlər. Ancaq insan özünü heç nədən sığortalaya bilmir və yaşadıqları stres, çiyinlərinə götürdükləri ciddi məsuliyyətlər dünya liderlərinin də sağlamlıqlarına ciddi təsir göstərir.

Prezidetlərin hər hansı bir xəstəlikdən əziyyət çəkmələri çox vaxt gizli saxlanır. Ancaq vəziyyət liderlərin vəziyyəti pisləşəndə artıq bunu gizlətmək olmur. Bəs ölkə başçıları, dövlət idarəçiliyindin yüksək mərtəbəsində dayanan vəzifəlilər hansı  xəstəliklərdən əziyyət çəkirlər.

Minval.info məlumat verir ki, hər ABŞ prezidentlərinin sağlamlıq vəziyyətləri barədə illik hesabatlar verilir. Donald Tramp yeni prezident seçildiyi vaxtlarda onun heç bir fiziki və psixoloji problemləri olmadığı açıqlanmışdı. Ancaq Tramp özü çox “fast food” yediyini boynuna alıb və həkimi onda arterial təzyiq olduğunu qeyd edib. Sabiq prezident Barak Obamanın da ciddi xəstəliyi olmadığı qeyd edilirdi. Ancaq Obamanın orqanizmində D vitamini çatışmazlığı olduğu barədə məlumatlar var.

Amerika prezidentləri içərisində ən çox xəstəlikdən əziyyət çəkən isə Franklin Ruzvelt olub. O, artıq 38 yaşından ürək tutmaları yaşamağa başlayıb. Həmçinin, qanda yüksək təzyiq, sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxaran poliomielit, damar bərkiməsi kimi tanınan ateroskleroz kimi xəstəlikləri onun ayaqlarının yavaş-yavaş iflic olmasına gətirib. İki ayağı da iflic ola Ruzvelt həyatını sonuna qədər əlil arabasında gəzib. Təbii ki, Ruzveltin sağlamlığı prezident olduğu illərdə ictimaiyyətdən gizlənsə də, ölümünə yaxın açıqlanıb. xroniki ürək çatışmazlığı, hipertoniya, kəskin bronxit və ağ ciyər xəstəlikləri kimi Bir çox problemlər mübarizə aparan Ruzvelt sonda beyin qanamasından həyatını itirib.

Böyük Britaniya kraliçası İkinci Elizabet yaşına görə olduqca sağlamdır. Ancaq mədənin selikli qişasının iltihabi olan qastritdən əziyyət çəkir. Hətta 2013-cü ildə şiddətli ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Böyük Britaniyanın 60 yaşlı Baş naziri Tereza Mey 1-ci növ şəkərli diabetdən əziyyət çəkir və hər gün 4 insulin iynəsi ilə müalicə edilir. Həmçinin, Baş nazir bioloji olaraq övlad sahibi ola bilmir.

Fransa dövlət başçıları da öz sağlamlıq vəziyyətlərini daima gizlətməyə çalışırlar. Sabiq prezident Nikolya Sarkozinin idman zamanı huşunu itirib yıxıldığı bilinir, ancaq həkimləri onun xəstəliyi ilə bağlı heç bir açıqlama vermədən, sadəcə vəziyyətinin yaxşı olduğunu deyiblər. Daha əvvəl də, prezident Georgi Pompidonun xəstə olduğu gizlədirdi, ancaq prezidentlik müddətində dünyasını dəyişməsindən sonra onun qan xərçəngindən əziyət çəkdiyi açıqlanmışdı. 1981-95-ci illərdə Fransanı idarə edən Françis Mitteran da vəzifədən uzaqlaşdıqdan bir neçə ay sonra prostat xərçəngindən ölüb. Açıqlamaya görə, keçmiş prezident 11 ay boyunca həkimlərə sağlamlıq bulletenlərinin saxtalaşdırılmasını əmr edirmiş. Hazırkı prezident Emanuel Macronun fiziki göstəriciləri barədə də ictimaiyyətə heç bir məlumat verilməyib.

2014-cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də xəstə olduğu deyilirdi. Bəzi mənbələr Putinin onurğa beyində, bəziləri isə mədəaltı vəzində xərçəng olduğunu iddia edirdilər. Ancaq sonra Putinin mətbuat katibi Dmitri Peskov xəstəlik iddialarını təkzib edib.

Prezidentlik müddəti çox qısa çəkən, Ermənistanın sabiq baş naziri Serj Sarkisyan da ağır xəstəliyə tutulub. Onun Koreyada lif hüceyrəsindən mülicə alması barədə xəbərlər mətbuata sızdıqdan sonra prezidentin mətbuat xidməti məlumatı təsdiq etməyə məcbur olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərodağanın xəstə olduğu illərdir müzakirə edilir. Dəqiq açıqlama verilməsə də, Ərdoğanın kolorektal (bağırsaq) xərçəngi olduğu deyilir. Məlumatlara görə, onun bağırsaqlarının yarısı əməliyyatla götürülüb.