Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ prezidentlərinin xəstəlikləri- Siyahı

 


ABŞ Prezidenti Donald Tramp prezidenti seçiləndən sonra ilk dəfə tibbi müayinədən keçib. 71 yaşlı Trampın sağlam olduğu bildirilir.

Yenixeber.org xəbər verir ki, ictimaiyyətə prezidentlərin sağlam olması barədə məlumatlar verilsə də, bir çox ABŞ prezidentləri xəstəliklərdən əziyyət çəkib.

Franklin Ruzvelt

Uşaqlıqda iflic keçirən Ruzvelt hərəkət problemi yaşayırdı və 39 yaşından sonra dəstək olmadan yeriyə bilmirdi. 4 dəfə prezident seçilən Franklik Ruzvelt həmçinin yüksək təzyiq və ürək xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən, sonuncu prezidentlik dövrünü bitirmədən ürək çatışmazlığından öldü.

Ronald Reyqan

Trampdan əvvəl ən yaşlı prezident statusunu qazanmış 69 yaşlı Reyqan "Sağlamlığım pozulsa, vəzifədən gedəcəyəm" demişdi. Ona prezident postundan gedəndən 6 il sonra Alzheimer diaqnozu qoyuldu. Lakin vəzifədə olduğu dövrdə bu xəstəlikdən əziyyət çəkməsi barədə heç bir sübut tapılmadı.

Qroqer Klivlend

Klivlend 1893-cü ildə xərçəng diaqnozu ilə əməliyyat keçirmişdi. Bu fakt mətbuatdan 25 il gizlədildi.

Con Kennedi

Ən gənc prezidentlərdən olan Con Kennedi sağlam prezidentlərdən hesab edilirdi, lakin daha sonradan onun kürək ağrıları, addison və s. kimi bir çox xəstəliklərdən əziyyət çəkdiyi aşkarlandı. Hətta Ağ Ev Kennedinin ağrılarına görə tez-tez həkimi Maks Yakobsonu çağırır, ona ağrıkəsici vurulurdu.

ABŞ-ın ilk 37 prezidentindən 18-ində ciddi psixoloji problemlərin olması faktı da daha sonradan ictimaiyyətə məlum olan məsələlərdəndir. Onlardan bəziləri bu vəziyyətlərinə görə hətta prezident vəzifəsini icra edə bilməyəcək halda olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam