Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AZƏRENERJİ”ni AMANSIZCASINA TALAYIBLAR! –3 milyard borc

1444195562_etibar-p

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı olan “Azərenerji” ASC-nin kredit reytinqini açıqlayıb. 

Xeberinfo.com:   “Ftch” ASC-nin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini “B”, reytinq üzrə proqnozu isə “neqativ” kimi təsdiq edib. Lakin agentlik ASC-nin ciddi borc yükü altında olduğunu və likvidlik problemi yaşadığını bildirir.
Agentlik “Azərenerji” ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əsaslandırıb. Çünki Azərbaycan dövləti ASC-nin yeganə səhmdardır və “Azərenerji”yə hər cür dəstək verir.
Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir.

“Fitch” proqnozlaşdırır ki,  “Azerenerji” ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən bundan sonra da dəstək alacaq.  Hesabata əsasən  2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 milyon  dollar və 204 milyon avro məbləğində xarici borcunu ödəməlidir. Lakin hazırda şirkətin mailiyyə vəziyyəti bu borcun dövlət dəstəyi olmadan ödənilməsini qeyri-mümkün edir.
“Fitch” qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət “Azərenerji” ASC-yə aşağı faiz dərəcəsi ilə 360 milyon manat məbləğində uzunmüddətli kredit də ayırıb. Habelə hökumət “Azərenerji”-nin investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə büdcədən 970 milyon  manat həcmində investisiya yatırıb.
Dövlət tərəfindən yatrılan 1 milyard manatlıq investisiyaya və aşağı faizli yüz milyonlarla manatlıq kreditə baxmayaraq “Azərenerji” hələ də valyuta riskinə məruz qalır. Agentlik xatırladır ki, “Azərenerji” istehsal edib satdığı enerjinin pulunun mütləq əksəriyyətini manatla alır, ancaq  xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya iyenində ifadə olunub. Hesabata əsasən 2015-ci ilin sonuna “Azərenerji” ASC-nin xarici borcu 1,5 milyard  manatdan 2,4 milyard manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır.

“Fitch” qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib. Bununla belə “Azerenerji” ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək.

“Fitch” proqnozlaşdırır ki, 2016-2018-ci illərdə “Azərenerji” ilə hökumət arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik olmayacaq. Başqa sözlə, “Azərenerji”-nin özəlləşdirilməsi yaxın illərdə gözlənilmir.

Reytin agentliyinin bildirdiyinə görə, 2016-cı ilin birinci yarısında “Azərenerji” ASC-nin hesabında cəmi 11 milyon manata yaxın nəğd pul vəsaiti var idi. Həmin vaxtda şirkətin qısamüddətli borc öhdəlikləri, yəni maaş və digər cari xərclər üçün borcları isə 432 milyon manat təşkil edirdi.

Beləliklə, hesabatdan belə görünür ki, “Azerenerji” ASC-nin 2,4 milyard xarici, yarım milyarda yaxın da daxili – ümumilikdə 3 milyard borcu var. Şirkətin kassası isə boşdur.
Qeyd edək ki, qazın qiymətindəki on artıma qədər “Azərenerji»nin hasil etdiyi elektrik enerjisinin maya dəyəri 2.8 qəpikdən artıq olmayıb. SES-de maya dəyəri 2 qəpikdən də azdır. «Azərenerji» özünün hasil etdiyi elektrik enerjisini topdansatış qiyməti ilə (3.5 qəpik) enerji paylayıcı şirkətlərə (əvəllər «Bakıelektrikşəbəkə» və «Azərenerji»nin özünün regionlarda fəaliyyət göstərən satış qurumlarına, 2015-ci ildən isə “Azərişıq” ASC-yə ) satıb. Enerji paylayıcı şirkətlər isə elektrik enerjisini abonentlərə 7 qəpikdən satırlar.
Odur ki, enerjinin əhaliyə maya dəyərində təxminən 3 DƏFƏ dəfədən də artıq baha satıldığı bir ölkənin enerji şirkətinin bu qədər borc yığmasının məntiqi izahını tapmaq mümkün deyil.Bu olsa-olsa yalnız talançılıqla bağlı ola bilər. Belə görünür ki, “Azerenerji” ASC-ni amansıcasına, heç nədən çəkinmədən talayıblar. Bunun hesabını Azərenerji» ASC idarə heyətinin sədri Etibar Pirverdiyevdən soruşan olacaqmı?

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam