Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Daha iki bankının reytinqi "mənfi"yə endirildi

fitch«Fitch» beynəlxalq reytinq agentliyi «Accessbank» ASC-nin kredit reytinqini BB+,«PASHA Bank»-ın kredit reytinqini isə BB- səviyyəsində təsdiq edib.

Xeberinfo.com:   «Turan»-ın xəbərinə görə, hər iki bankın reytinq üzrə proqnozu isə «neqativ» olaraq təsdiq edilib.

«Fitch» həmçinin «Accessbank»ın dayanıqlılıq reytinqinin «bb-»dən «b+»a endirib.

Agentlik «Accessbank»ın uzunmüddətli emitentin defolt reytinqinin “BB+” və “dəstək” reytinqinin “3” səviyyəsində təsdiq edilməsini, əsasən bankın beynəlxalq maliyyə institutları olan səhmdarlarından maliyyə yardımı almaq ehtimalları ilə əlaqələndirib.

Bankın dayanıqlılıq reytinqinin “bb-“dan “b+”a endirilməsi 2015-ci ildə baş verən manatın devalvasiyası nəticəsində “Accessbank”ın aktivlərinin keyfiyyətinin önəmli dərəcədə pisləşməsi ilə izah edilir.

Agentlik “PASHA Bank”ın emitentin defolt və dəstək reytinqinin Azərbaycan hökumətinin ehtiyac olduqda banka dəstək verməsi ilə getdikcə möhkəmləndiyini bildirir.

“Fitch” bu mənada “PASHA Bank”ın sistem əhəmiyyətli bank olduğunu, törəmə qurumu – “Kapital Bank” ASC ilə bu sektordakı depozit portfelinin 15 faizinə sahibləndiyini bildirir. Habelə, Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması fonunda maliyyə vəziyyətinin yaxşılaşdığını, hökumətlə sıx əlaqələri səbəbindən ən azı yaxın perspektivdə ona dəstək verdiyini qeyd edir.

Fitch qeyd edir ki, bankın dayanıqlılıq reytinqi möhkəm kapitallaşma, kifayət qədər likvidlik və iqtisadiyyat


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam