Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abşeron İH-nin bir əməliyyatlıq canı var: rüşvətlə verilən tikinti sərəncamları, “makler evi” biznesi, yıxılan evlər –Müdhiş KORRUPSİYA dosyesi…

Azərbaycanda dilimizə oturan absurd ifadələrdən biri “qanunsuz tikinti” kəlməsidir. Sözün özü səhvdir. Axı tikinti necə qanunsuz ola bilər? Deməli, tikilənə qədər icazəsi verilib, amma düzgün qərar verilməyib, çünki normativləri pozub.

Yenixeber.org: Belə desək təməlinə haram qatılıb. Ona görə də belə adlandırmaq lazımdır – məmurların qanundankənar tikinti razılıqları. Çünki məmur sərəncam verir, qanuniləşdirir, sənəd alınır, bununla da mülk sahibi qanuni tikinti aparır, amma icazəni verən orqanın rəhbəri qanunsuzluğa əl atmış olur. Təəssüf ki, sonda zərbə yenə tikinti aparana dəyir. Buna baxmayaraq, Abşeron rayon rəhbərliyini heç nə maraqlandırmır, hazırkı icra başçısı Abdin Fərzəliyev və baş memar demək olar ki harada gəldi tikinti aparılmasına sərəncam verirlər. Nəticədə Abşeronun Masazır, Xırdalan, Mehdiabad, Gorədil və digər ərazilərində qanunla tikinti aparılması icazəsiz olan yerlər böyük bir meydançaya çevrilib. Əslində bu özbaşınalıqlar keçmiş başçı İradə Gülmməmədovanın dövründən tüğyan edirdi, hətta onun rəhbərliyi dönəmində baş memar və bir neçə vəzifəli şəxs həbs olundu, biri də sabiq İH rəhbərinin bacısı oğlu idi.

Amma yeni gələn icra başçısına baş verənlərin təsiri olmadı, heç nə olmamış kimi ,, qiymətləri qaldıraraq’ “estafeti” davam etdirdi. Odur ki, Abşeron rayonunda tikinti aparmaq iki vur iki, yox-yox, neçə min manatlıq bir işdir. Və qanunsuz tikintilərə rəvac verən məmurlar bir müddət əvvəl də Abşeron İH-də keçirilmiş əməliyyatdan sonra hərəkətlərini bir çərçivəyə salmayıblar. Sanki and içiblər ki, bu “yolda” öldü, tutuldu var, döndü yoxdur…

Hətta qardaş Türkiyədə dəhşətli zəlzələnin qurbanı olan minlərlə insanın faciəsi də Abşeron İH-dəki tikinti mafiozlarının gözünü qorxutmadı. Görünür ki, rüşvət gözlərini elə tutub, ölüm təhlükəsi olsa belə, hər bir tikinti normativlərinin pozulmasına göz yumurlar. Digər tərəfdən, tikintiyə nəzarət məsələsi suallar doğurur. Deyilir ki, tikintiyə nəzarət olunmur. Bu da yanlış baxışdır. Aidiyyatı orqanlar tikintiyə lap yaxşı kontrol edir. Elə bu nəzarətin nəticəsidir ki, səlahiyyət sahibləri, Abşeron İH məmurları “haqq” alaraq qanunsuz inşa aparılmasına şərait yaradırlar. Əks təqdirdə, onların nəzarətindən kənarda Abşeronda daşı daş üstünə qoymaq olmaz. Yəni icazəli qanunsuz tikinti aparmaq Abşeron rayonunun sanki taleyinə yazılıb. İndi isə mənzərə daha dramatikdir. Başçı Fərzəliyev bu sahədə əsl bazarı mühiti yaradıb – pulunu ver, lap istəsən parkın içində ev tik. Bu dərəcədə olmasa belə, tikintilərlə bağlı hədd aşılıb.

Misal üçün hamının gözü qarşısında Xırdalanda “Kristal A” MTK tərəfindən tikilmiş binanın əlavə mərtəbəsi artırılır. Bu da tamamilə qanuna uyğun deyil, tikinti normativlərini pozmaqdır. Lakin Abşeron İH həmin MTK-ya belə bir absurd imkan yaradıb ki, bir mərtəbə də artırılsın. Halbuki tikinti firmasının binanın təməli qoyulmazdan əvvəl eskiz layihəsi olur, bütün çertyoj işlənir, müvafiq qurumlarda təsdiqlənir, Dövlət Arxitektura Komitəsi rəy verir, infrastruktur qabaqcadan müəyyənləşir. Ancaq “Kristal A” MTK Abşeron İH-lə “dil taparaq” daha bir mərtəbə tikilməsinə əl atıb. Ümumiyyətlə, son 6 ay ərzində Abşeron rayon İcra Hakimiyyətinin (RİH) 4 əməkdaşı korrupsiya faktına görə prokurorluq əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Onlar məhz qanunsuz tikintilərə görə həbs ediliblər. Ancaq ki nə fayda?! tutulmasına baxmayaraq Abşeron icra başçısı və əməkdaşları yenə də qanunsuz tikinti biznesindən az qala özləri də həbs edilənə qədər əl çəkməyəcəklərini nümayiş etdirirlər. Eyni zamanda, “Kristal A” MTK-nın əlavə bir mərtəbə artırmasına digər dövlət qurumları da laqeydlik göstərir. Maraqlıdır, niyə? Müvafiq orqanlar nə üçün susqundur? Abşeron icra başçısı və komandasının buradakı istəkləri anlaşılandır, bəs, tikintiyə icazə ilə bağlı rəy verməli olan digər qurumlar nəyə görə buna diqqət ayırmır? Hər halda bir izahı var…

Amma Abşeron rayonunda geniş vüsət alan qanunsuz tikintilər tək bununla məhdudlaşmır. İH “makler evi” biznesinə də əl-qol açmaq imkanı verib. Masazırda, Xırdalanda yüzlərlə “makler evi” görmək olar. Onlar keyfiyyətsiz tikilmiş, ucuz satılan həyət evləridirlər. Bunu elan saytlarında da görmək olar. Hərçənd o evləri alanlar peşman olurlar – kanalizasiya sistemi yox, otaqların divarları çat verir, nəmişlik, palçıq, su verilməsində problem və başqa çətinliklər var. Ancaq ev dəllalları ucdantutma bu evləri tikir, ucuz qiymətə satır, böyük bir biznes qurur, ən dəhşətlisi odur ki, Abşeron rəhbərliyi bu qədər evin tikintisinə sərəncam verir. Bu sərəncamları kütləvi şəkildə kim verir? – əlbəttə ki icra başçısı, baş memar və bütövlükdə Abşeron İH….

Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir. Bununla bağlı məlumata görə, ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur.

Üstəlik, son illər FHN tərəfindən Xırdalan, Mehdiabad, Masazırda qanunsuz tikintilərin söküldüyü açıqlanıb. Deməli, Abşeron İH tikintiyə icazə verir, vətəndaşdan pul alır, nazirlik isə sökür. Burada itirən təbii ki, vətəndaşdır. Amma nazirlik sökərkən bu tikintiyə hansı qurumun icazə verdiyi aydınlaşdırılmır, demək ki məsələ birtərəfli həll olunur. Qeyd edilir ki, Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib.Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Bildirək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra.

Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir. Bütün bu məsələlər “qara maskalı”ların bir yoxlaması ilə ifşa edilə bilər. Nə deyək, eviniz tikilsin!

Qeyd edək ki, söhbət “Kristal A” tikinti firmasından gedir. Bəzi hallarda insanlar bu şirkəti “Kristal Abşeron” tikinti şirkəti ilə qarışdırırlar. Lakin deməliyik ki, onlar ayrı-ayrı şirkətləridir. Bizim bəhs etdiyimiz “Kristal A” şirkətinin sahibi Aydın Cəfərovdur və onun Bakıda, Abşeronda çoxlu layihələri olan “Kristal Abşeron”la hər hansı əlaqəsi, bağlantısı yoxdur. Olsun ki bu da vətəndaşları aldatmaq üçün düşünülmüş taktikadır. Söhbət isə Abşeronda tikdiyi binaya qanunsuz şəkildə əlavə mərtəbələr artıran “Kristal A” şirkətindən gedir”.

Araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəfin isə mövqeyini dinləməyə hazırıq. (rubrika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam