Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Təqsirləndirilən şəxs Ruben Vardanyanın yaratdığı və maliyyələşdirdiyi silahlı birləşməyə qoşulduğunu etiraf edib

 

Bakı Hərbi Məhkəməsində sentyabrın 5-də məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

Yenixeber.org xəbər verir ki, onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona "AKS-74" avtomat silah təhkim olunub.

Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan "T-55", "T-72" tipli ağır döyüş tankları, "BMP-1", "BMP-2" markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.

2020-ci il sentyabrın 20-də "Xankəndi şəhəri hərbi komissarlığı" tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş "3-cü müdafiə xətti"ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı "Alaşa" olub.

L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan "Artsakhbank" (Ermənistan bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam