Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir-FOTOLAR

 

 

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!” layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub. 

Yenixeber.org: “Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır”, - deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib. 

Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata keçirir. 

Nar.az saytına daxil olaraq mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.




 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam