Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Siyarto: Avropa liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə düzülürlər

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, bu gün Avropa liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər.

Yenixeber.org-un məlumatına görə, Siyarto bu barədə "X" sosial şəbəkəsində yazıb.

"15 il əvvəl, biz (Macarıstan - red.) Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında tərəfdaşlıq qurmağa başlayanda bəzi Avropa liderləri bizi lağa qoyur və nəsihət verirdilər. Bu gün həmin liderlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər", - o yazıb.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstana energetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində əhəmiyyətli nəticələr gətirib: "MOL Group" və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında paylara sahibdirlər və beynəlxalq bazarda sadə alıcılardan (karbohidrogen - red.) istehsalçıya çevriliblər".

Qeyd edək ki, bu gün Budapeştdə Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. Komissiyanın həmsədri Azərbaycan tərəfindən maliyyə naziri Sahil Babayev, Macarıstan tərəfindən isə Peter Siyartodur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam