Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Mustafa Babanlının adı ilginc qalmaqalda hallandırılır... -MƏHKƏMƏ

Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU... - İLGİNC İDDİALAR...
Son illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçirdiyi tenderlərin qalibi olmuş "Tikinti Bərpa Firması" MMC-nin hazırda ADNSU tərəfindən məhkəməyə verilməsi universitet kollektivi tərəfindən maraqla qarşılanıb.
Yenixeber.org: Mövzunu bizə izah edən mənbənin bildirdiyinə görə, keçmiş rektor Mustafa Babanlı vəzifədə qalsaydı "Tikinti Bərpa Firması" MMC ilə hər hansı alqı-satqı müqavilələrinə görə mübahisə yaşanmaz,universitet rəhbərliyi şirkətlə bağlı məhkəməyə müraciət etməzdi.Yəni universitet görülən işlərdən heç vaxt narazı qalmazdı.Bu bir mənalıdı.Bunun cavabını keçmiş rektor Mustafa Babanlı daha yaxşı bilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "Tikinti Bərpa Firması"MMC arasında yaşanan mübahisədən dolayı universitet şirkəti məhkəməyə verib.İddia Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın icraatındadır.İş üzrə 3 dəfə məhkəmə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iclası zamanı isə icraat dayandırılıb. Səbəb məhkəmənin ekspertiza təyin etməsi ilə bağlı olub.
Məhkəmə çəkişməsinin kökündə universitetdə görülən işlərin keyfiyyətli həyata keçirilməməsi dayanır.Ona görə də, məhkəmə ekspertiza təyin edib, işlərin dəyərləndirilməsini istəyib.
Onu da qeyd edək ki,"Tikinti Bərpa Firması"MMC 2020-ci ildə ADNSU-dan iri məbləğdə sifariş alıb. Bunlardan biri cari təmir işləri ilə bağlı olub ki, satınalma müqaviləsinin maliyyə dəyəri 2 515 152,79 AZN təşkil edib. Digər sifariş isə abadlıq işləri ilə əlaqədar olub və şirkətlə universitet arasında 545 019,2 AZN dəyərində satınalma müqaviləsi imzalanıb.(Faktinfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam