ADNSU-nin rektoru Mustafa Babanlının öz "qaydaları" var?(!)-İTTİHAM
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Prezidentin sosial siyasətinə məhəl qoymur, Təhsil Nazirliyi isə onu himayə edir
Təhsil Nazirliyinin “cavab”ına cavab
Yenixeber.org: Redaksiyamıza ADNSU-nin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Əliyev Teyyub Qəni oğlunun müraciəti daxil olub. Müəllif müraciətində ADNSU-nin rektoru tərəfindən qarşılaşdığı haqsızlıqlardan, bununla bağlı müxtılif instansiyalara etdiyi müraciətdən və aldığı cavablardan bəhs edir.
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi təqdim edirik:
“Mən, ADNSU-nin rektoru, professor Mustafa Babanlının universitetimizdə çalışan professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud olan qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinə, zidd olaraq tətbiq etdiyi qaydalarla əlaqədar 08 noyabr 2018-ci ildə, 21 noyabr 2018-ci ildə və 04 fevral 2019-cu ildə, surəti Təhsil Naziri cənab Ceyhun Bayramova göndərilməklə, üç dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ, 28 noyabr 2018-ci ildə Təhsil Naziri cənab CEYHUN BAYRAMOVA, 30 noyabr 2018-ci ildə Təhsil Nazirinin müavini cənab FIRUDIN QURBANOVA (qəbulunda olmaqla), 03 yanvar 2019-cu ildə Təhsil Nazirinin müavini cənab İDRIS İSAYEVƏ, hər birinə bir dəfə, 18 fevral 2019-cu ildə Azərbaycan Respublikasının I Vitse-Prezidenti MEHRİBAN XANIM ƏLİYEVAYA, 27 fevral 2019-cu ildə Təhsil Naziri cənab CEYHUN BAYRAMOVA (qəbulunda olmaqla) ikinci dəfə ərizə ilə müraciət etmişəm. Ancaq “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının qanunu”nun tələblərinə zidd olaraq ərizələrimə Təhsil Nazirliyindən mənə yalnız 11 aprel 2019-cu il tarixli, Ə-148/03/1824 saylı, “Hüquq şöbəsi”nin məsləhətçisi B.Müslümovun hazırladığı və nazirin müşaviri, “Hüquq şöbəsi”nin müdiri vəzifəsini müvəqqəti icra edən Anar Cəfərovun imzası ilə, məktubda qaldırdığım məsələlərlə adekvat olmayan“cavab” verilmişdir.
Mənim yuxarıda qeyd etdiyim ərizələrdə rektorun qeyri-qanuni fəaliyyəti ilə bağlı qaldırdığım məsələlər barədə geniş ictimaiyyət kifayət qədər məlumata malik olduğundan, burada onlar haqqında bir daha qısa məlumat verirəm.
Belə ki:
- Qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin 5 illik fəaliyyət müddəti bitdikdə onların vəzifələri vakant elan olunur, öz vəzifələrinə yenidən seçilmək üçün müsabiqə elan edilir və müsabiqədə iştirak etmək üçün onlara bərabər imkanlar yaradılır.
Qanunvericiliyin qeyd edilən tələblərinin ziddinə olaraq ADNSU-nin rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün öz "qaydalarını" müəyyənləşdirib. Belə ki, onun birbaşa təşəbbüsü ilə ADNSU-nin Elmi Şurası 23 dekabr 2015-ci ildə "Azərbaycan Dövlət Neft Və Sənaye Universitetində elmi işçilərin (?!) dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT" qəbul edilib. TƏLİMAT qəbul edilərkən ADNSU-nin elimi yox, tədris müəssisəsi olduğu "unudulub". TƏLİMATA uyğun olaraq professorların öz vəzifələrinə yenidən seçilmələri məqsədi ilə müsabiqədə iştirak etmələri üçün (?) 110 bal, dosentlərin -50 bal, assistentlərin-35 bal toplaması tələb olunur. Özbaşınalıq o həddə çatıb ki, qeyri-qanuni “Təlimata” uyğun olaraq müvafiq balları toplamayan, ancaq 5 illik fəaliyyət müddəti çoxdan bitmiş yüzlərlə ADNSU əməkdaşı iki
ildir ki, müsabiqəyə buraxılmır.
Cənab rektor bilmir ki, nə Ali Təhsil Haqqında Qanunda, nə də Əmək Məcəlləsində professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri məqsədi ilə müsabiqəyə buraxılmaları üçün 5 illik fəaliyyət müddətinin başa çatmasından əlavə heç bir əlavə tələb, o cümlədən hansısa miqdarda bal toplamaları nəzərdə tutulmayıb.
- Ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əmək fünksiyası yerinə yetirlməsi şərtlərinə ğörə daimi xarakter daşıdığı əvvəlcədən məlum olduğundan Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq onlar müddətsiz müqavilə əsaında fəaliyyət göstərirlər! Cənab rektor isə qanunvericiliyin ziddinə olaraq ADNSU-nun professor-müəllim heyətini müddətli müqaviləyə keçirməyə cəhd edir. Bu məqsədlə də yuxarıda qeyd edilən üzdəniraq “Təlimatı” əsas götürür və artıq istəyinə nail olmaq üçün əməli fəaliyyətə də keçib. Belə ki, qeyd edilən “Təlimata” uyğun olaraq müvafiq balları toplayan ADNSU əməkdaşlarına, fakültə dekanları və kafedra müdirləri tərəfindən müxtəlif yollarla təhdid edilərək, 05-08 noyabr 2018-ci ildə işdən çıxmaq üçün birinci, həmin tarixlərin sonrakı günündə isə 2 aylıq əmək müqaviləsi müddətinə müvəqqəti işə qəbul olunmaq üçün ikinci ərizə yazdırılıb. Buna etiraz edənlərdən aşağıdakı məzmunlu 3-cü ərizəni yazmaq tələb edilib: “Xahiş edirəm bir ay xəbərdarlıq müddətini gözləmədən məni_________il tarixdən öz xahişim ilə tutduğum vəzifədən azad edəsiniz”. Qeyd edilən qeyri-qanuni “Təlimat”a uyğun olaraq mən və qızım tələb olunanlardan daha çox bal toplamağımıza baxmayaraq, işdən çıxmaq, sonrakı gün isə işə qəbul olunmaq üçün ərizə yazmaqla bağlı təhdidlərə əməl etmədiyimizə görə bizi müsabiqəyə buraxmayıblar. İşdən azad olunanlar dekabr ayında, mövcud qanunvericiliyə zidd olaraq, 5 illik müddətli müqavilə əsasında işə bərpa edilib.
3.Mənim çoxsaylı müraciətlərimə və israrıma cavab olaraq nazirliyin əməkdaşları bidirirdilər ki: “ərizələriniz hərtərəfli araşdırılacaq və Sizə cavab veriləcək”. Ancaq heç bir cavab verilməmişdi. Nəhayət, mənim israrlı təkidlərimi “nəzərərə alaraq”, araşdırma aparmaq əvəzinə ərizələrim,“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının qanunu”nun7-ci maddəsinin tələblərinə zidd olaraq (bu maddəyə görə,“Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır”) cavab vermək üçünTəhsil Nazirinin müavini cənab İdris İsayev tərəfindən 26 dekabr 2018-ci ildə ADNSU-nun rektoruna göndərilmişdi və rektor 03 yanvar 2019-cu ildə, surəti mənə verilməklə, Təhsil Nazirinin müavini cənab İdris İsayevə “cavab” yazmışdı. Bu “cavabın” mənim qaldırdığım məsələlərə heç bir aydınlıq gətirmədiyini nəzərə alaraq və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının qanunu”nun 9-cu maddəsinə uyğun olaraq mən, ərizələrimə aidiyyatı üzrə daxılması üçün 03 yanvar 2019-cu ildə Təhsil Nazirinin müavini cənab İDRIS İSAYEVƏ, 18 fevral 2019-cu ildə Azərbaycan Respublikasının I Vitse-Prezidenti MEHRİBAN XANIM ƏLİYEVAYA, 27 fevral 2019-cu ildə Təhsil Naziri cənab CEYHUN BAYRAMOVA (qəbulunda olmaqla) təkrarən müraciət etmişdim. Nəhayət ki, çoxsaylı müraciətlərimdən sonra, Nazirlik tərəfindən 11.04.2019-cu ildə yuxarıda qeyd edilən “cavab” göndərilmişdir. “Cavab”dan görünür ki, verilən vədlərə və qanunvericilin tələblərinə zidd olaraq:
- ərizələrimdə qeyd etdim məsələlər Nazirlik tərəfidən qətiyyən araşdırılmayıb;
- aşağıda qeyd edilənlərdən göründüyü kimi, “cavab”ı hazırlayan və onu imzalayan hüquqşunasların ya təhsil sahəsinə aid qanunvericilikdən xəbərləri yoxdur, ya da nəyə görəsə də, Nazirlik ADNSU rektorunu əsassız olaraq humayə etməyə cəhd göstərir.
Qeyd edilən “cavab”da göstərilir ki: “İşlədiyiniz ADNSU-də qanunvericiliyin tələblərinə zidd olaraq aktın (?) qəbul edilməsi nəticəsində sizə məxsus olan əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş müraciətinizə baxılmışdır. Eyni məzmunlu müraciətiniz (?) ilə əlaqədar 03.01.2019-cu il tarixində ADNSU-dən Sizə göndərilmiş cavab məktubunda Elmi Şuranın 23.12.2015-ci il tarixli “ADNSU-də elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə Təlimat”ın hansı səbəbdən qəbul edilməsi göstərilmişdir”?!
Görüdüyü kimi, Nazirliyin müvafiq əməkdaşları ya qəbul zamanı mənim söylədiklərimi diqqətlə dinləməyiblər, ya mənim ərizələrimi oxumayıblar, ya orada yazılanları başa düşmürlər, ya da bilərəkdən onları qulaqardına vururlar. Belə ki, ADNSU-nun rektoru 03.01.2019-cu il tarixli “cavab”ı ilə yuxarıda qeyd edilən “Təlimat”ın qəbul edilməsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 avqust 1996-cı il tarixli, 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim heyətinin vəzifələrinin tutulması qaydaları haqqında Əsanamə” ilə əsalandırmağa cəhd göstərmişdir. Bu Əsasnamənin 1.1 bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq, müsabiqə yolu ilə 5 il müdətinə tutulur.Ali təhsil müəssisəsi və onun kafedraları yeni təşkil edildikdə, yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələrə sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin təkrar uzadılmasına yol verilmir”.
Rektor “bilmir” ki, nə ADNSU, nə də onun kafedraları yenidən təşkil edilməyib, vakant yerlər bu vəzifələrdə çalışan real şəxslər üçün elan edilib, yəni yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yaranmayıb, bu insanlar bir illik müvəqqəti əmək müqaviləsi əsasında deyil, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq müddətsiz müqavilə əsaında fəaliyyət göstərirlər! Rektor, eləcə də, Nazirliyin əməkdaşları yəqin bilmirlər ki, ADNSU 99 ildir fəaliyyət göstərir.
Göründüyü kimi ADNSU rektorunun öz qeyri-qanuni qərarına haqq qazandırmasının heç bir hüquqi əsası yoxdur. Ona görə də, Nazirlik hüquqşünaslarının ADNSU Elmi Şurasının qeyd edilən “Təlimat”ı qəbul edərkən hüquqa ziddd hərəkətlərini başa düməməsi, mənə yazdıqları “cavab”da rektorun “cavab”ına istinad etmələri heyrət, təəccüb və gülüş doğurur. Bərəkallah belə hüquqşunaslara!
Ən gülməlisi də odur ki, Nazirliyin “cavab”ında Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələri anlayışı” adlanan 287-ci madəsi eyniylə köçürülüb! Bu maddədə qeyd edilir ki: “Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır”. Məşədi İbad demişkən-heç hənanın yeridir! Bu məgər cavabdır, onun mənim ərizələrimə nə dəxli var?
Nazirlik əməkdaşları qəsdən mənim qaldırdığım məsələlərin təkcə mənə aid olduğunu qeyd etməyə cəhd göstərirlər. Ancaq ərizələrimdə qeyd etdim kimi, qaldırdığım məsələlər təkcə mənə yox, ADNSU-nun professor-müəllim heyətinin yüzlərlə əməkdaşlarına aiddir!
Təəsüf ki, Nazirlik mənim qaldırdığım məsələləri araşdırmaq üçün heç bir cəhd göstərməyib. Belə ki, mənim qaldırdığım, təkcə mənə yox, ADNSU-nun yüzlərlə əməkdaşının mənafeyinə toxunan aşağıdakı məsələlərə heç bir aydınlıq gətirilməyib:
- professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün rektorun tətbiq etdiyi qeyri-qanuni qərarın, eləcə də düşünülməmiş, tez-tez dəyişən qərarlarının, onları yerinə yetirməyənləri işdən çıxaracağı ilə hədələrinin ADNSU-də psixololi mühiti həddindən artıq gərginləşdirdiyinə;
- yuxarıda qeyd edilən qeyri-qanuni “Təlimat” cəmi iki il qüvvədə olmasına baxmayaraq (“Təlimat” 01 mart 2016-cı ildə “qüvvəyə minib” və rektor öz “qaydalarını” 2018-ci ilin may ayından tətbiq etməyə başlayıb) rektorun onu professor-müəllim heyətinin 5 illik fəaliyyət müddətinə şamil etməsinə;
- rektorun qanunvericiliyə zidd olaraq 5 illik fəaliyyət müddəti bitmiş professor-müəllim heyətinin yüzlərlə üzvünü, “Təlimata” uyğun oaraq müvafiq bal toplanmaması səbəbindən, öz vəzifələrinə yenidən seçilmək üçün müsabiqəyə buraxmamasına;
- rektorun ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti ilə bağnan müddətsiz əmək müqavilələrinin müddətli müqavilə ilə əvəz etmək cəhdlərinə;
- tədris yükünün 500 saatdan 650 saata qaldırılmasının ADNSU-nun professor-müəllim heyətinin, xüsusilə də, assisentlərin, nazarılığına səbəb olduğuna və onun aşağı salınması imkanına;
- rektorun bakalavr təhsilini ali təhsil hesab etməməsinə, bu səbəbdən də bakalavr təhsili olub magistraturaya daxil olmayan, uzun müddət laborat işləyənlərdən magistraturaya daxil olmalarını tələb etməsinə, əks halda onların işdən çıxaracağı ilə hədələməsinə;
- buna baxmayaraq heç bir ehtiyac olmadığı halda III kürs tələbəsini kafedraya laborant vəzifəsinə təyin etməsinə, bu tələbənin laborant vəzifəsinə təyin olunduğu gündən bu günə qədər bir dəfə də olsun kafedraya gəlməməsinə, yəni faktiki olaraq “ölü can” olmasına;
-“fəaliyyəti” ilə bağlı Prezident İLHAM ƏLİYEVƏ ərizə yazdığıma görə, heç bir faydası olmamasına baxmayaraq, məni müxtəlif yollarla təhdid etmək cəhdlərinə və s.
Nazirlik tərəfindən mənə göndərilən “cavab”ın sonunda qeyd edilir ki: “...mübahisələndirdiyiniz Təlimatın ləğvi üçün məhkəməyə müraciət edə bilərsiniz”. Bunu yazmaq üçün Nazirlik əməkdaşları 5 ay vaxt sərf etməli olublar. Maşallah belə operativliyə!
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlik əməkdaşlarının Azərbaycan Respublikasının yuxarıda qeyd edilən qanunvericilik aktları, Nazirliyin səlahyyətləri, Azərbaycan Respublikası Prezidentinin sosial siyasəti ilə bağlı kifayət qədər anlayışları yoxdur. Təhsil Nazirliyinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının Prezidentinə və I Vitse-Prezidentinə ünvanlanmış və baxılmaq üçün onlar göndərilmiş ərizələri qulaq ardına vurarkən nəyə arxananırlar və başa düşmürlər ki, ADNSU rektorunun qeyri-qanuni fəaliyyətinin Universitetdə yaratdığı psixoloji gərginlik Prezidentin sosial siyasətinə kökündən ziddir? Başa düşürlərsə nəyə görə ADNSU-nin rektorunun “fəaliyyətinə” bilərəkdən göz yumurlar və onu əsassız olaraq himayə edirlər?
Ancaq mən, Nazirlik əməkdaşlarından fərqli olaraq onların “cavab”ında verdikləri “tövsiyyəni” nəzərə alacağam: yəni ADNSU-nin rektorunun qeyri-qanuni fəaliyyətinə hüquqi qiymət verilməsi üçün, münasib bildiym zaman, faktlarla birlikdə, məhkəməyə müraciət edəcəyəm”.
Teyyub Əliyev
Redaksiyadan: Biz məlum qayda və prinsiplərə uyğun olaraq yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi də dinləməyə çalışdıq. Təhsil ocağının icimaiyyətlə əlaqələrə sorumlusu Bəhruz Nəzərov məsələdən xəbərdar olduqlarını və səslənən ittihamların əsassız olduğunu bildirdi: “Bildiyiniz kimi müəllim peşəsi seçkili işdir. Hər 5 ildən bir seçki olmalıdır. Məlum normativlər baxımından-zaman dəyişir, tədrisdə də tələblər dəyişir. Burada əvvəll müəllimlərlə müddətsiz müqavilə imzalanmışdı. 158 müddətsiz müqaviləsi olan müəllimlərə rəhbərlik tərəfindən təklif olundu ki, qanunvericiliyə uyğun olaraq işdən azadolunma ilə bağlı ərizə yazıb, eyni zamanda seçki prosesində iştirak etsinlər. Yəni universitet rəhbərliyi kimsəni işsiz qoymaq istəmir. Teyyub müəllim də qızı da bu təklifdən, seçkidə iştirakdan imtina edib. Hal-hazırda da işləyirlər. Başqa sözlə bu istiqamətdə nə baş verirsə qanunauyğun baş verir”.