ELD(A)RAKON ƏMƏLİYYATI
“İNSANLIQ FƏLSƏFƏSİ”, SİYASİ XRİSTOSLUQ, LEGİONER SEÇİCİ TİMSALINDA AZADLIĞIMIZIN KÖLƏLİK FORMATI
Mən deyəndə ki, Azərbaycanın siyasi müxalifəti və hakimiyyətdə təmsil olunan əsrimizin mübariz siyavuşlarının öz fikirləri, öz düşüncələri və öz taktiki gedişləri yoxdur və bütün bunları stumallaşdıran BİR ƏLİN MÖCÜZƏSİ var. Deyirdilər ki, yox, bu nə falabaxmaqlıqdır. Zamansa mən deyənləri təsdiqlədi . BİR ƏLİN MÖCÜZƏSİ sayəsində elin gözündə drakon kimi görünənlər elə bir anın içindəcə ovlandılar. Tox ikən yeyənlər dişləriylə özlərininə qəbir qazdılar. Fatihələrini də ölkə başçısı özü verib lazım gələndə hər şeyə qadir olduğunu bir daha göstərdi. Siyasi kölgəliyin ayrı-ayrı səmtində bitən ağACLARsa gülməli olsa da, bu göstərinin fonunda hansısa meyvə nümayişilə məşğuldurlar, dəstəmazsız namaz qılırlar. İnanaqmı?....
Dil, əməl və qəlb birliyi bütövləşəndə Kamil İnsan anlayışı ilə çıxış etməyinə dəyər. Ancaq siyasi müstəvidəki bugünkü reallıq oruc tutmayanların oğlanlarının adını Ramazan qoymasına oxşayır. “Biz Azərbaycanda hüquqi və demokratik cəmiyyətin bərqərar olması uğrunda mübarizə aparırıq” deyənlərin boykot taktikasını seçməsi, həmçinin seçkiyə qatılanların bir çoxunun davranışlarına “papaq elə, işimizi bilək” yestinin hakim kəsilməsi, MTN olayından özlərinə mövzu seçimi etmələri qocalmış, qartımış müxalifətin gözünün siyasi qazanın dibində olmasından irəli gəlir. Ancaq görüntü xatirinə iqtidar damında azan verənlər üçün dolu qazanlar çoxdan sayılıb, doyacaqları qədərində də payları verilib.
Mübarizələri aydın, sağlam ideoloyi kursa söykənməyən müxalifətçilər gerçəkləşdirə bilmədiklərini hər zaman kiçicik detal, hakimiyyətin ZAİL UŞAQLARısa bunu ötürücü qayış kimi səciyyələndirib həm öz elektoratlarını, həm də bütövlükdə cəmiyyəti aldatmaqla məşğul olublar. Məsələn, bu kontekstdə “MİLLİ DİRÇƏLİŞ”ə qəzet formatında “YENİ” statusunu əlavə edib paralel oyun qurmaqla görən FƏRƏC QULİYEV nəyə nail olmaq istəyirdi? Konkret olaraq Fərəc bəyin adını vurğulamağım aktiv seçici olaraq səs verəcəyim dairədə internet sorğularına görə onun adının birinci yerdə olmasına görədir. Və bu, o Fərəc Quliyevdir ki, beş il müddətində Qaraçuxurda bizim deputatımız olsa da, o, bizim arzu və istəklərimizi, biz də onun sifətini görməz olmuşuq. “Milli” ilə “yeni” arasında olan fərq və mahiyyət kifayət qədər böyük olduğu kimi seçici istəklərini görməzliyə vurmanın bədəlinin də böyük olmasını Fərəc bəyin özü gözəl bilir. Elə isə bilərəkdən buna getmək və cəmiyyətin istəklərini elə Qaraçuxur parkındaca dəfn etmək nəyə xidmət edir?..
Yaranmış situasiyadan çıxmaq üçün məqsəd bütövləşməlidir. Blok fəaliyyətinin tam şəkildə fiaskoya uğradığı Azərbaycanda siyasi hakimiyyətin əldə edilməsi məqsədilə belə fəaliyyətin bütövləşməsindən danışmaqsa utopiyadan başqa bir şey deyil. Çünki müxalif düşərgədə təəssüflər olsun ki, bu gün maraqlar məqsədi qabaqlayıb. Yəqin elə bunun məntiqi sonluğundan doğan qənaətin nəticəsidir ki, cəmiyyətin bütün təbəqəsi seçki prosesi başlayan andan kimlərinsə seçiləcəyi haqda “XRİSTOSLUQ” edirlər. Görən belə “xristosluq” etməyin hansı məntiqə söykənməsilə bağlı düşərgələrin siyasi elitalarında təmsil olunanlar, həmçinin aidiyyatı strukturlar və şəxslər heç fikirləşiblərmi? Axı cəmiyyəti belə mövqedən çıxış etməyə sürükləyən səbəb nədir? Məsələ burasındadır ki, bütün zamanlarda əvvəlcədən gəlinən belə qənaətlərin tam əksəriyyətinin seçki sonunda gerçəkləşməsinin şahidi olmuşuq. Və indi də həmin xristosluq davam etməkdədir. Bu gün Milli Məclisə qanunverici orqan deyil, az qala mülkiyyət kimi baxan qartımış namizədlər bir az da belə müşküllərdən danışsalar, pis olmaz. O cümlədən, Fərəc Quliyev.
Təqdirəlayiq haldır ki, “seçki prosesində yaradılan ümumi ab-havadakı normal situasiya” vətəndaşlara tam şəkildə o imkanı verdi ki, hər kəs öz potensialını, nəyə qadir olmasını ortaya qoya bilsin. Və qoyuldu da. Belə ab-havanın təqdimatında müxalifət qüvvələri də hakimiyyətə bir növ yardımçı oldular. Elə namizədlərin say çoxluğu və 24 siyasi qurumun seçkiyə qatılması da yaradılmış demokratik ab-havanın göstəricisi idi ki, bunu da “demokratiyanın dostları” apaydın gördülər. Bununla da “hakimiyyətə ola biləcək təpki” heçə endirildi və endirilməliydi də. Azərbaycan həqiqətlərinə ikili münasibət bəsləyən Qərb dünyasının bütün mənalarda ahı döşündə qalmalıdır. Və inşəAllah qalacaq da.
Reallığa baxsaq, əslində “seçkini boykot” taktikasına getmək demokratik mübarizəyə yox demənin, partiya Nizamnaməsinə, elektorata olan sayğısızlığın bariz nümunəsi idi. Aktiv elektorata şüursuz kütlə yanaşması nümayiş etdirməklə müxalifət özünə əbədi qəbir qazıb. Fəlsəfədəki insan daima mütləq həqiqətə can atacaq, ancaq onu əldə edə bilməyəcək anlayışını müxalifət hər zaman subyektivizm kontekctində təqdim etdi. Özlərini mütləq demokratlar kimi göstərmək istəyən dirçəliş həvəskarları siyasi həyatın tükənməsini isbatlamaqla yanaşı həm də ictimai nifrəti özlərinə qarşı yönəldib onu stimullaşdırdılar. “KÖLƏ İNSAN”a azadlıq vəd edən müxalifət milli inkişafımıza əngəllər yaradan bütün qeyri-bərabərlikləri nəinki aradan qaldırdı, əksinə onu bir az da dərinləşdirdi AZADLIĞIMIZ A KÖLƏLİK FORMATI VERDİLƏR. Belə olan halda keçmişin eyforiyasından danışmaq tam yersizdir, ay mənim imzamdan istifadə edib, mənim adımdan danışanlar! SEÇİCİ NAMİZƏD ARASINDA OLAN SƏMİMİYYƏT VƏ MÜNASİBƏTLƏRDƏKİ ŞƏFFAFLIQ OLMADIĞI ÜÇÜN CƏMİYYƏTİN SİYASİ QÜVVƏLƏRƏ OLAN SEVGİSİ DƏ SAXTADIR VƏ BU “SEVGİ”DƏ AYDINLIQ YOXDUR, AY NAMİZƏD YOLDAŞ. ÜSTƏLİK QURUMDAXİLİ HAÇALANMALAR, BİR-BİRİNƏ QISQANC MÜNASİBƏT VƏ GERÇƏK POTENSİALIN GİZLƏDİLƏRƏK HƏDDİNDƏN ARTIQ ŞİŞİRDİLMƏSİ MÜXALİFƏTİ VƏ MÜXALİFƏTƏ DÜŞMƏN GÖZÜYLƏ YANAŞANLARI TARİXİN ARXİVİNƏ QOVUŞDURUB. Hansısa dirçəliş fonunda görüntü yaratmaq və hakimiyyət daxilində sərsəm sıçrayış edənlərin yerində otuzdurulmasına dirçəlmək istəyənlərin münasibət bildirmələrisə cəmiyyətə aminazin təsiri bağışlayan duyğusal düşüncənin tərkib hissəsidir. Seçki kampaniyasında bilərəkdən insan kapitalıyla yanaşı vaxt və maddi resursların nəzərə alınmaması öz küskün elektoratı qarşısında müxalifətçi siyasi elitanın yalançı obrazını bütün çılpaqlığı ilə nümayiş etdirdi. Elə yuxarıda sitat gətirdiyim namizədin timsalında da bunun şahidi olduq. Seçici olaraq mən indi bilmişəm ki, ötən beşillikdə mənim millət vəkilim Fərəc Quliyev olub. İndi də təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir, hələ ki, adamın sifətini belə görməmişəm.
Baş verən proseslərlə yanaşı seçki kampaniyası həm də müxalifət düşərgəsinin demokratikləşmə prosesinin mahiyyətindən xəbərsizliyini, ya da diktə olunan tərəfliyini təsdiqləndi. Onsuz da bu zamana qədər ümumi münasibətlərin formalaşmasına qarşılıqlı ittihamların hakim kəsilməsi sonda bu qüvvələrin daha da zəifləməsinə gətirib çıxarmışdı. Faktlara əsaslansaq, eyni düşərgədə təmsil olunduğu opponentinə güzəştə getmək limitindən istifadə etməyən dirçəliş həvəskarlarının əksər hissəsi nədənsə örtülü bazarlarda hakimiyyətə güzəştlərə gediblər. Həm boykot, həm də iştirakın özündə də bu, apaydın görünməkdədir.
Ötən zamanların xronikası da göstərir ki, indi cəhd edilən bu addımlar mütəmadi olaraq təcrübədən keçirilib. Fəaliyyətini şəxsi amillər üzərində kökləməklə ictimai rəylə hesablaşmayan dirçəliş həvəskarları indi də LEGİONER SEÇİCİYLƏ (dairədə yaşamayan dost-tanışı seçici kimi təqdim etmək) fəaliyyətlərini tənzimləyirlər. Namizədlərin keçirdikləri görüşlərdə də bunun şahidi oluruq, o cümlədən Fərəc bəyin də.
Konsepsiyasızlıq, konkret hədəflərin müəyyənləşdirilməməsi, qeyri-səmimilik, nəzəri sistemlərə söykənməyən şablonçuluq fərqli yanaşmaların, fərqli baxışların yarandığı bugünkü dünyada müxalifət adına iddialılarla vətəndaş arasında uçurum yaradıb. Deputatlığa namizəd olan bir kəsin seçki platformasında Meydan Hərəkatındakı xidmətləri qabartması həm də seçimi düzgün etmək üçün seçiciyə bir şans verir. Biz gələcəyimizi qurmaq üçün Sənə səs veririk, ay yoldaş. Yaxşı, pis keşmişi yaşamışıq. Təəssüflər olsun ki, keçmişin eyforiyası ilə yaşayanlar sırasında bu gün Fərəc bəy də var. Belə təqdimata qalarsa İNDİKİ MÜXALİFƏTÇİLƏRİN HEÇ BİRİNİN MEYDAN HƏRƏKATINDA SABİR RÜSTƏMXANLI QƏDƏR BÖYÜK ROLU OLMAYIB. Yaşanmış yaxın tarix haqda kimlərinsə utopik, eyforik yanaşmasına ehtiyac yox, o cümlədən Fərəc bəy Quliyevin də. Bütöv Azərbaycan Meydan Hərəkatının şinelindən çıxıb. Meydan Hərəkatındakı xidmətlər bu günün canqoruyucusu ola bilməz. Görən Azadlıq Mücahidlərimizdən olan ƏHMƏDBƏY AĞAOĞLUnun bugünümüzə ayna kimi tutulan “İNSANLIQ FƏLSƏFƏSİ”ndə legioner seçicilərlə döyüşə atılan namizədlər özlərini necə görürlər? Gündüz müxalifətçilik edib, axşamlar iqtidarın qapısından bürünmüş halda çıxanlar niyə öz mövqelərində şəffaflıq göstərmirlər? Belə çıxır ki, ölkə başçısının məlum sərəncamı olmasa idi, hələ də hüquq-mühafizə orqanlarındakı, icra strukturlarındakı, MÜXALİF ƏTdəki, KİV-dəki boyunduruq zəncirinin halqaları elə hey şaqqıldayacaqdı. EŞQ OLSUN PREZİDENTİMİZƏ ki, bu şaqqaşaqqa sarı bir daş atdı.
Dövlət başçısı imzaladığı sərəncamlarla BİR ƏLİN MÖCÜZƏSİni göstərdi. Və indi hərə öz falının hayındadır. O da bəlli oldu ki, dövlət başçısı həm MSK-dan, həm müxalifətdən, həm də hakim partiyanın söz qəhrəmanlarından daha demokratikdir. Axı məntiqlə adı çəkilənlərin ünvanına yönəli müsbətlərin birbaşa dövlət başçısının addımından bəhrələndiyi üzə çıxdı. Vətəndaşların seçki prosesindəki aktiv iştirakının təminatı, müşahidəçilər məsələsində Azərbaycanın öz sözünü deyə bilmək qüdrətinin nümayişi, qorxulu tendensiya olsa belə, seçkiöncəsi yüksək çinlilərin vurulması da bunu təsdiqlədi. Və bütün bunlar dövlətimizin strateyi məqsədlərinin reallaşması üçündür. AğACLAR meyvəsindən tanınır, bəylər və xanımlar. Siz də dəstəmazlı olun, daha namaz qıla-qıla ev yıxıb həccə gedənlərdən olmayın..
P.S: KÜL OCAQDAN GÖTÜRÜLÜR. OCAQDA QARŞILAYIB, OCAQDAN YOLA SALMANIZA BİR GÖZƏLLİK VERİN...
İGİD TEYMURLU