Redaktor seçimi
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –Abdin Fərzəliyevə XATIRLATMA

Abdin Fərzəliyevin yol əməliyyatı –

Hökməli qəsəbəsində özbaşına, qanunsuz tikililərlə bağlı icra nümayəndəsinin deyil, daha çox müavinin adı hallanır...

Yenixeber.org: Abşeron rayonu Hökməli qəsəbəsində özbaşına tikintilər az qala həndəsi silsilə şəklində davam etməkdədir. Özünün məlum əhəmiyyətliliyi səbəbindən bu qəsəbədə həm fərdi yaşayış evləri, həm də qeyri-yaşayış tikililəri sürətlə artmaqdadır. İlk baxışdan bu tendensiya anlaşılan və təqdirəlayiqdir. Amma,…Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatlara görə, tikililər təqdirəlayiq olsa da, heç də həmişə məlum qayda və qanunlara əməl edilmir. Baxmayaraq ki, bu haqda çox söz-söhbətlər dolanır, mediada mütəmadi yazılar dərc edilir, amma proses davamiyyətindən qalmır.

Bu işlərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin, daha dəqiq desən nümayəndəliyin müavini Güləhməd Xəlilovun adı hallanır…

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Miradiyev Mirəziz Mirnemət oğludur. Mirnemət Miradiyevin də adı Azərbaycan ictimiyyətinə yad deyil. Bu şəxs heç də az sayılmayan müddətdə Hökməli qəsəbəsində Bələdiyyə sədri olub. Adı müxtəlif qalmaqallarda hallanıb. Və nəhayət məşhur “Sevil Massivi”ndəki qanunsuzluqlara görə haqqında cinayət işi açılmiş və bu səbəbdən də işindən azad edilmişdir. Nə isə,…

Hökməli kənd icra nümayəndəsinin müavini qanunları heçə sayır: Əcaba niyə?

Maraqlıdır ki, Hökməli qəsəbəsində özbaşına, qanunsuz tikililərlə bağlı icra nümayəndəsinin deyil, daha çox müavinin, yəni Güləhməd Xəlilovun adı hallanır. Konkret ünvan və faktlarla…Maraqlıdır ki, bu tikililərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də seyriçi qalmaqdadır(?)

    ***

Ötən həftə də mediada Güləhməd Xəlilovun əməlləri, vəzifəsindən sui-istifadə etməsi ilə bağlı məlumatlar yer aldı: Hökməli kənd icra nümayəndəsinin müavini Güləhməd Xəlilovla bağlı şikayətlər bitmək bilmir. Ən müxtəlif mövzularla bağlı olan şikayətlər içərisində xüsusi diqqət çəkən məqamlardan biri Güləhməd Xəlilovun qanunsuz tikililəri himayə etməsidir. Məhz onun himayədarlığının nəticəsidir ki, Hökməlidə qanunsuz tikililərin sayı yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmaqdadır.
Redaksiyamıza göndərilən məqalənin müəllifi ürək ağrısı ilə bunları yazır. Müəllif daha sonra yazır:
İcra nümayəndəsinin müavini uzun illərdir Qobu və Hökməlidə çoxlu sayda qanunsuz tikili himayə etməklə yanaşı, SOCAR-a məxsus ərazilərdə də bu cür tikililərə şərait yaratmaqdadır. Kənd icra nümayəndəsinin müavini olaraq kənddə heç bir quruculuq işi və ya yaşıllaşdırma həyata keçirməyən Güləhməd Xəlilov, əlaqədar dövlət qurumlarının müvafiq xəbərdarlıqlarına baxmayaraq öz əməllərindən əl məkmək istəmir. Vaxtiylə bələdiyyə sədri Hacı Mübariz tərəfindən əkilən ağacları da öz adına çıxan bu şəxs, yüksək gərginlikli elektrik xətlərinin altındakı əraziləri də qanunsuz tikililər üçün “açıq elan edib”. Halbuki, bu cür xətlərin altında tikintilərin inşası qanun pozuntusu olmaqla yanaşı, vətəndaşların həyatı baxımından da ciddi təhlükə deməkdir.(Teref.net)

***

Bu gün isə Yenixeber.org-a ötürülən məlumata görə, Güləhməd Xəlilovun “özfəaliyyət”indən Abşeron Rayon İcra Hakimiyyətinin, eləcə də icra başçısı Abdin Fərzəliyevin məlumatı yoxdur. Qarşıdakı günlərdə bu istiqamətdə yeni məlumatların yayılacağı gözlənilir...

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

bitmap-img6


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam