Redaktor seçimi
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Qəzza bataqlığı:Azərbaycan əsgəri ora niyə getməlidir?

news content


İsrailli ekspert: HƏMAS-la toqquşma və əsgərin tabutda evə qayıtması ehtimalını nəzərə almaq lazımdır

Yenixeber.org: ABŞ Trampın müharibə sonrası planı çərçivəsində Qəzza sektorunda vəziyyəti stabilləşdirmək üçün beynəlxalq qüvvələrə Azərbaycanın cəlb edilməsini istəyir. Bu barədə İsrailin “Haaretz” nəşri yazır.

Vaşinqton, İsrail və Türkiyə ilə əlaqələrini nəzərə alaraq Azərbaycanı beynəlxalq sülhməramlı qüvvələrə qatılmaq üçün əsas namizəd hesab edir. Lakin Bakı hələ də tələsmir. Çünki israilli rəsmilər Türkiyəyə müharibə sonrası Qəzza sektoruna hərbi müdaxilə ilə bağlı xəbərdarlıq ediblər. ABŞ prezident Donald Trampın müharibəni dayandırmaq planı çərçivəsində Qəzza sektorunda vəziyyəti stabilləşdirmək üçün beynəlxalq qüvvələrin yaradılması üzərində işləyir. Bu məqsədlə qoşun təqdim etməyə hazır olan ölkələr axtarılır. Vaşinqton Azərbaycanı bu missiya üçün potensial uyğun namizəd sayır”, – “Haaretz” bildirir.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü “Reuters”ə bildirib ki, İsrail suveren dövlət kimi öz təhlükəsizlik siyasətini və hansı xarici qüvvələrlə əməkdaşlıq edəcəyini özü müəyyən edəcək. 

Biz öz təhlükəsizliyimizə nəzarət edirik və beynəlxalq qüvvələrə açıq şəkildə bildirmişik ki, hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu İsrail özü qərar verəcək – biz belə də edirik və edəcəyik”, – Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində deyib. – “ABŞ əlbəttə ki, bu fikirlə razıdır, son günlər onların ən yüksək rütbəli nümayəndələri də bunu təsdiqləyib”.

Bundan əvvəl mətbuat yazmışdı ki, İsrail Ankaranın HƏMAS-a dəstəyi səbəbindən Türkiyə qüvvələrinin Qəzza sektorunda yerləşdirilməsinə qarşı çıxır. Eyni zamanda, digər mənbələr Azərbaycanın qoşunlarını anklavda yerləşdirməyə hazır olduğu barədə xəbər verirdilər.

Bəs, Azərbaycan rəhbərliyinin belə təhlükəli bir bölgədə – Qəzza sektorunda hərbçilərimizin yerləşdirilməsi ideyasına münasibəti necədir? Bu, bizim ölkəmizə o qədərmi lazımdır? Bu, Azərbaycanın marağına uyğundurmu? Bundan əlavə, bu məsələdə Azərbaycanla strateji tərəfdaşlıq münasibəti saxlayan İsrailin mövqeyi də mühüm əhəmiyyət daşıyır. İsrailin ümumiyyətlə Qəzzada xarici qüvvələrin, konkret olaraq Azərbaycan qüvvələrinin yerləşdirilməsinə ehtiyacı varmı?

Tanınmış israilli jurnalist və tarixçi Şimon Briman pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, “Tramp sazişi” təkcə atəşkəsi və 13 oktyabrda israilli girovların azad edilməsini deyil, həm də HƏMAS-ın silahsızlaşdırılmasını, onun hakimiyyətinin dayandırılmasını, onun liderləri və döyüşçülərinin sektordan çıxarılmasını əhatə edirdi. “Yalnız sağ olan girovların qaytarılması bəndi yerinə yetirilib. Amma hələ də öldürülmüş girovların cəsədlərinin hamısı İsrailə təhvil verilməyib. HƏMAS üçün ən “acı” bənd – silahsızlaşdırma və hakimiyyətdən uzaqlaşdırılma da yerinə yetirilməyib.

Qəzza sektorunun yarısında hakimiyyətə hazırda təxminən 20 000 döyüşçüsü, döyüş təcrübəsi və silah arsenalı olan HƏMAS terror təşkilatı nəzarət edir. Sektorun digər hissəsini (təxminən 53%) isə İsrail Müdafiə Ordusu nəzarətdə saxlayır və HƏMAS anklavını dəniz sahilinə sıxışdırıb.

Reallığa baxaq: tarixdə radikal terror təşkilatının on minlərlə fanatik döyüşçüsünün öz istəyi ilə silahı yerə qoyub hakimiyyətdən çəkilməsi nümunəsi yoxdur. Yəni, HƏMAS-ı “Tramp sazişi”nin şərtlərini yerinə yetirməyə məcbur edəcək hərbi qüvvə lazımdır. Amma bunu kim və necə edə bilər? Hətta HƏMAS-ın sponsorları və müttəfiqləri olan Qətər və Türkiyənin gözəl sözləri belə, əli qana bulaşan qruplaşmanı silahı yerə qoymağa məcbur etməyəcək. Belə olmur.

Trampın Qəzzada “beynəlxalq sülh qüvvələri” barədə planları da bundan qaynaqlanır. Amma regiona müxtəlif ölkələrdən batalyonlar gəlsə belə, xarici əsgərlərin tanımadıqları, onlara yad olan məqsədlər uğrunda həyatlarını riskə atıb qan tökəcəklərinə inanan varmı? Hansı əcnəbi əsgər Qəzzanın tunellərində və dağıntılarında gizlənən təcrübəli terrorçularla birbaşa döyüşmək istəyəcək və niyə istəməlidir?

Buradan sadə nəticə çıxır: İsrail Müdafiə Ordusundan başqa heç bir qüvvə HƏMAS-ı tərk-silah edə və “yer üzündən” silə bilməz. Çünki HƏMAS anklavının varlığının özü İsrail mövcudluğuna böyük təhlükə yaradır”, – Briman bildirib.

O əlavə edir ki, Ərdoğan dövründə Türkiyə ən sərt anti-İsrail xəttini seçib və bu xətt son iki ildə güclənib – İsrailə qarşı iqtisadi boykot, hökumətə yaxın mediasında İsrail əleyhinə aqressiv nifrətin təbliği, eləcə də Ankaranın açıq şəkildə HƏMAS-ı dəstəkləməsi. “Buna əlavə olaraq Suriyanın cənubunda Türkiyə ilə İsrail arasında demək olar, birbaşa toqquşmaları əlavə edək. İsrail xüsusi təyinatlılar bu yaxınlarda Türkiyənin Dəməşq yaxınlığında İsrail ərazisini izləmək üçün quraşdırdığı elektron kəşfiyyat stansiyasını məhv ediblər. Bütün bunlar türk kontingentinin Qəzzada və ya onun ətrafında olmasını tamamilə mümkünsüz edir – İsrail öz rəqibini heç vaxt ora buraxmaz.

Eyni zamanda, mən Azərbaycana belə beynəlxalq qüvvələrin tərkibində iştirakının müsbət və mənfi tərəflərini görürəm.

Müsbət tərəflər: bu, Azərbaycanın dünya siyasətində statusunu kəskin artıracaq, respublikanı regional-Qafqaz səviyyəsindən qlobal səviyyəyə çıxaracaq. Böyük siyasətdə beynəlxalq oyunçu olmaq istəyirsinizsə, belə əməliyyatda iştirak etməli və riskləri öz üzərinizə götürməlisiniz. Sizin hərbçilər yeni hərbi-diplomatik təcrübə əldə edə, yeni regionla tanış ola və Azərbaycanın adını Yaxın Şərqə gətirə bilərlər. Əgər həmin beynəlxalq qüvvələr BMT mandatı və BMT büdcə maliyyələşdirilməsi ilə fəaliyyət göstərsə, əsgər və zabitləriniz bu xidmət zamanı yaxşı gəlir əldə edə bilərlər.

Mənfi tərəflər: Azərbaycan kontingentinin Qəzza bölgəsində olması HƏMAS döyüşçüləri ilə toqquşmalarla müşayiət oluna bilər. Qaçılmaz itkilər və tabutların Bakıya göndərilməsi – rəhbərliyiniz hərbçilərin bölgəyə göndərilməsi qərarından əvvəl bu faktor da nəzərə almalıdır.

Lakin məncə, İsrail üçün çoxsaylı variantlar içərisində məhz azərbaycanlı əsgərlərin iştirakı ən qəbul edilən variant olardı – İsrail və Azərbaycan arasında iki onillikdir davam edən sıx hərbi-iqtisadi strateji tərəfdaşlıq sayəsində. Sizin əsgərlər İsraildə dost və müttəfiq qüvvə kimi qəbul oluna bilər. Azərbaycanın unikallığı ondadır ki, bu alovlu regionda siz həm müsəlman Yaxın Şərq üçün “özününkü”, həm də İsrail üçün dost ola bilərsiniz.

Əslində, İsrail ümumiyyətlə beynəlxalq qüvvələrə ehtiyac duymur. Bir il əvvəl Bayden dövründə olduğu kimi əngəl olmasalar, İsrail təkbaşına HƏMAS-ı aradan qaldırmağa qadirdir. Əgər HƏMAS tərk-silah və hakimiyyətdən getmək kimi Tramp qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsə, bunu İsrail Müdafiə Ordusu etməli olacaq. Biz hələlik Trampın qarşısında götürdüyümüz öhdəliyi yerinə yetiririk: döyüşləri bərpa etmirik, atəşkəsi pozmuruq, Amerikaya, Qətərə və Səudiyyə Ərəbistanına HƏMAS-a “yaxşı sözlə” təsir etmək üçün şans veririk. Lakin hamı bu sözlərin nəticəsiz olduğunu görəndə (və böyük ehtimalla belə olacaq), İsrail ordusu HƏMAS-ı yeni hərbi əməliyyatla məhv etməli olacaq.

Bu kontekstdə Azərbaycan kontingentinin yardımı yalnız kömək ola bilər. Məsələn, əgər sizin əsgərlər sektorun perimetri üzrə hansısa ərazinin mühafizəsini üzərinə götürsə, bu, İsrail briqadasını aktiv hərbi əməliyyatlar üçün azad edər. Sektorun HƏMAS-dan təmizlənməsi əməliyyatı başa çatdıqdan sonra isə sizin əsgərlər sektorun bir rayonunda sülhməramlı funksiyaları da icra edə bilərlər. Amma bunlar bir neçə il sonra üçün nəzərdə tutulan hipotetik suallardır”, – Briman yekunlaşdırıb.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam