Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sülh prosesi üçün sınaq dövrü -İlham Əliyevin çıxışı Ermənistanda çaxnaşma yaradıb

news content

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edən Prezident İlham Əliyevin çıxışı Ermənistnda narahatlıqla qarşılanıb və reaksiyalara səbəb olub.

Yenixeber.org: Dövlət başçısı Akademiya üzvləri qarşısında bir sıra məsələlərə, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların öz yerlərinə qayıtması məsələsinə toxunub. O, bildirib ki, bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq: “Ona görə də, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”. 

Prezidentin sözlərinə görə, bu istiqamətdə yaradılan elmi əsərlərin sayı daha çox olmalıdır. “Həm elmi əsərlər, həm sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu hər kəs görsün. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var”, - İlham Əliyev vurğulayıb.

Prezidentin çıxışına ilk reaskiya Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyandan gəlib. “Artıq geri dönməyin mənası yoxdur. İrəli getməliyik”, - o qeyd edib. Rubinyanın sözlərinə görə, Ermənistan üçün əsas məsələ keçmişə baxmaq yox, gələcəyə yönəlməkdir.

“Bu bəyanat Paşinyanın mövqeyi ilə paralel olaraq “tarixi yeni fazaya keçid” kimi təqdim olunur”, - vitse spiker qeyd edib. 

Baş nazir Nikol Paşinyan isə bu gün İrəvanda keçirilən “Sülh və Çoxtərəfli Əməkdaşlıq Naminə” beynəlxalq forumunda çıxışında və daha sonra jurnalistlərin suallarını cavablandıran zaman İlham Əliyevin fikirlərinə münasibət bildirib. 

“Azərbaycanla Ermənistan arasında sülh yeni doğulmuş körpədir. Körpə necə gündəlik qayğı tələb edirsə, bu sülh gündəlik qayğıya möhtacdır. Biz qərar qəbul etməliyik: Bu körpənin qayğısını çəkmək istəyirik, ya yox? Sülh olmayacağı təqdirdə isə nə baş verəcəyini hamı yaxşı bilir”, - Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, siyasi liderlər bir suala aydın cavab verməlidirlər: Biz kim olmaq istəyirik? – Tarixin istehlakçısı, yoxsa tarixi yaradan? 

“Son iki ilin təcrübəsi deyir ki, biz tarixin yaradıcısı ola bilərik. Bu, qətiyyən tarixi unutmaq demək deyil. Digər tərəfdən, tarixin yaradıcısı olmaq, tarixin təkrarlanması kimi mübahisəli rola girməmək deməkdir”, – deyə Baş nazir vurğulayıb.

Nikol Paşinyan bildirib ki, tarixdən danışarkən başa düşmək lazımdır ki, tarixin hansı nöqtəsi qanuni olaraq başlanğıc nöqtəsi hesab olunur? “Tarix uzunmüddətli bir fenomendir: 50 illik tarix, 30 illik tarix, 100 illik tarix və sonra minillik tarix var. Əgər biz bu günkü hərəkətlərimizin məntiqini tarixdə tapmağa çalışsaq, bu, sülhə inanmadığımız anlamına gələr”.

Paşinyan qeyd edib ki, tarixin müəyyən bir perioduna istinad edən tarixçilər, siyasətçilər və siyasi liderlər var ki, onu qanuni başlanğıc nöqtəsi hesab edirlər: “Tarixin o hissəsini ki, burada bölgəmizin tarixi Kirovakan və Kirovabad, Leninakan və Leninabad, “Kuybışev”, “Oktyabr” kinoteatrları ilə xarakterizə olunurdu. Elə siyasi liderlər də var ki, məhz bu nöqtəni qanuni başlanğıc nöqtəsi hesab edirlər”.

Baş nazir deyib ki, son tarixi dövrlərdə bölgə böyük imperiyaların nəzarəti altında olub. İran, Osmanlı İmperiyası, Rusiya İmperiyası, ondan əvvəl ərəb, monqol-tatar hegemonluğu: “Biz tarixlə çox ehtiyatlı olmalıyıq”.

Forumdan sonra jurnalistlərin Paşinyana ünvanladıqları sualların hamısı demək olar, İlham Əliyevin çıxışı ilə bağlı olub. Yerli media yazır ki. Baş nazir suallar qarşısında bir qədər çıxılmaz vəziyyətə düşüb 

Jurnalistin Əliyevin “çarlıq dövrü xəritələrinə baxsaq, orada Sevan gölü yoxdur, onun əvəzinə Göyçə adı var” sözlərinə dair sualını cavablandıran Paşinyan bildirib:

“İndi mən seçim qarşısındayam,  sualınıza cavab verərkən vurğulayayammı ki, Azərbaycanın Prezidentinin dediyi tam mənzərəni əks etdirmir? Çünki o, demişdi ki, “çarlıq dövrü xəritələrinə baxsaq, Sevan gölü yoxdur”. Mən indi sualınıza cavab verməzdən əvvəl onun dediklərini də izah etməli oluram”.

Paşinyan əlavə edib ki, məsələ ilə bağlı mövqeyini artıq parlamentdəki çıxışı zamanı ifadə edib: “Mən orada dedim ki, münaqişə siyasi baxımdan həll olunub, amma sosial-psixoloji müstəvidə hələ qalır”. 

O, həmçinin İƏliyevin tarixi xəritələrə istinad etməsinə münasibət bildirərək qeyd edib: “Əgər biz çarlıq dövrünün xəritələrinə baxacağıqsa, gedək, baxaq. Mən Kirovabad və Kirovakan haqqında dedim, amma Yelizavetpol və Aleksandropol demədim. Yəni, biz bir seçim etməliyik… Əgər yunanlar Makedoniyalı İsgəndəri yada salsalar, italyanlar Roma imperiyasını xatırlatsalar, biz hara gedib çıxacağıq? Biz o tarixi oxumuşuq, amma indi artıq yeni tarix yaradırıq. Hətta iki illik dövr də tarixdir. Biz keçmişi gələcəkdən ayıra bilməliyik”.

Konfliktoloq Arif Yunus pressklub.az-a şərhində bildirib ki, ermənilər qəzəbləniblər və Əliyevin çıxışını sülh prosesinə növbəti zərbə hesab edirlər. “Sadəcə, hakimiyyət deyir ki, bu Azərbaycan auditoriyası üçündür, təbliğatdır. Müxalifət isə Paşinyanı danlayır və hesab edir ki, onun zəif reaksiyası Əliyevin bu çıxışına səbəb olub”, - o qeyd edib.

Konfilktoloq hesab edir ki, bu ritorika sülh prosesi üçün təhlükə deyil. Onun sözlərinə görə, bu, sadəcə mediada növbəti təbliğat müharibəsidir.

A.Yunus hesab edir ki, Prezident Əliyev dedikləri erməni müxalifətinin Paşinyana qarşı mübarizəsinə daha çox kömək edir. “Yəni, Əliyevin bu cür çıxışları Ermənistandakı rusiyapərəst qüvvələrə dolayısı ilə kömək etmiş olur", - o iddia edir.

Konfiktoloq onu da bildirir ki, bu, eyni zamanda bizim əhali üçün bir şoudur: ”Bütün dünyada bu tip ölkələrdə  liderlər vaxtaşırı öz əhalisi üçün nə qədər güclü olduğunu göstərmək üçün belə addımlar atırlar. İndi də bizdə - bir tərəfdən Ramiz Mehdiyevlə bağlı göstərir ki, ölkə daxilində xainlərlə mübarizəyə başladı. Eyni zamanda, o ölkədən kənarda güclü və hər şeyi edə biləcəyini göstərir. Kütlə belə şeyləri çox sevir”.

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam