Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SİTAYİŞ DUALARI ALTINDA AĞ TÜKƏ SƏCDƏ

 

 

 

QRANT DEMOKRATİYASININ BƏXŞ ETDİYİ LETARGİYA DALĞINLIĞI

 

 

“Qara piarın ən böyük ustası olan əzbərçi şagird” (ifadə vaxtilə ən aktiv cəbhəçilərdən olan Ramiz Tağıyevə məxsusdur- müəllif) olan AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi YURDSEVƏRLƏR özünü cəmiyyyətə hüquq müdafiəçisi kimi təqdim edən “Leyla Yunusa azadlıq” devizi altında kampaniyaya başlayıb. Və bu kampaniya yazqabağı DƏN AXTARIŞInda olan digər müxalifətçiləri, hüquq müdafiəçilərini də Leyla Yunusların yağlı tikə həsrətiylə dolaşdıqları siyasi biçənəklərə çıxmağa sövq edib...

Əksər müxalif partiyanın pərvazlanmasında başlıca rol oynayan xarici faktor adətən seçkiöncəsi özünü onların qarantı kimi göstərməyə çalışır. Xaricin əl quşlarına çevrilən müxalifətçilər də onların diktəsini yerinə yetirməklə öz qarın niyyətlərini sərgiləyirlər.  Deyəsən Qərb Zoomorfik Quşlara sitayiş edənlərdən zaman-zaman ayırdığı paraların hara xərclədiklərinin haqq-hesabını çürüdür. Nəzərə alsaq ki, bi il parlament seçkiləri olacaq və belə bir məqamda istədiyini diktə etmək üçün xarici qüvvələr hər zaman seçkiöncəsi fəallaşırlar,  onda müxalifətin “Leyla Yunus” məhəbbəti də  başadüşüləndir.

Leyla Yunusun Azərbaycana nə verdiyini deyə bilmərəm, ancaq Azərbaycan Leyla Yunusa çox şey verib. Ən azından Leyla Yunus başqa yerdə deyil, məhz bu məkanda at oynada bilib ki, onun siyasi lağlağılarına qulaq asan müxalifəti də İdarə heyətlərində ermənilərin oturduğu xarici fondların boyunduruğu altına sala bilib. Heç şübhəsiz, bunun da qarşılığında hansısa qrantlar ayrılıb ki, bəs al, get keyf elə.

Yoxsa haradan idi ki, Leyla xanımın şələ-şüləsini yığıb “Azərbaycanı tərk edən zaman”da hava limanında caxlanılarkən sadalanan var-dövləti: fabriki yox, zavodu yox...

Bugünkü reallıq ondan ibarətdir ki, iddialarıyla potensial göstəriciləri arasında tərs mütənasiblik olan müxalif düşərgənin baş bilənləri öz siyasi iztirabları üzərində əllaməlik edirlər. Nə qədər acınacaqlı olsa da, çağdaş tariximizin siyasətçiləri şəffaf mövqe nümayiş etdirməkdən həmişə yan keçiblər. Əvəzindəsə uğur əldə etmək üçün qarşı tərəfin siyasi yestlərini müzakirə predmetinə çevirməklə öz mövqelərini möhkəmləndirməyə çalışıblar. Və bu model həm iqtidar, həm də müxalifət düşərgəsinin hücum taktikası olub. Necə deyərlər, qarşı-qarşıya duran qüvvələr bir-birinə pas atmaqla tamaşaçını Azərbaycan siyasi dramaturgiyasının düyün nöqtələri ilə baş-başa qoyublar. Yazılan ssenarilər onların hər ikisinə bəlli olsa da, uzandıqca uzanan başgicəlləndirici siyasi serialların növbəti hissəsi istəklərin fonunda tamaşaçı təxəyyülünün məhsulu kimi ortalığa çıxır...

”Ölkədə kasıbların sayı minimuma endirilib” deyən iqtidar nümayəndələrinin yalanlarını və “əhalinin 98 faizi kasıbçılıq həddindən də qat-qat aşağı səviyyədə yaşayır” deyən müxalifətçilərin yağ-bal içində üzdüklərini sadə elektorat çox yaxşı görür. Özlərini BLOK ADALAR kimi qabartmağa çalışan müxalif qüvvələr əslində bir BLOKADAnın içindədirlər. “Leyla Yunusa azadlıq” formatında olan bugünkü çabalar da həmin kəslərin gələcək yaşamları üçün bu blokadadan qurtuluş axtarmalarından irəli gəlir, hansısa sosial sifarişdən deyil!

Bu məmləkət bizimdir və biz də bu məmləkətin yiyələriyik. Ac-yalavaclığımız ayrı bir mövzunun söhbətidir, malı mala qatmaq olmaz....

Zamanı qabaqlamağa çalışan axmaq hərisliyin ortaya qoyduğu “xalq diplomatiyası” çox güman ki, Leyla Yunuslara xaricdən verilən eskizlərdə öz əksini tapıb. Bu ad altında min cür hoqqadan çıxmaq DONUYIRTIQ MADMUAZELLƏRİN və mətbuatımızın teatr qəhrəmanlarından olan madmuazelləşdirilmiş “cəmilə”lərinin Ermənistana səfəri fonunda Qukasyanlara ədəbi-siyasi striptiz göstərərək sitayiş duaları oxumaları ilə müşayiət olunurdu. Leyla Yunusların Azərbaycan siyasətinə gətirdiyi özəlliyin kökündə DƏRDLƏRİMİZə BİGANƏLİK, UNUTQANLIQ dayanır. Torpaqlarımızın işğalına yerikləyən Aznavurların istəyilə üst-üstə düşən “öncə demokratiya, sonra Qarabağ” formulasını əsas götürüb “Azərbaycan həqiqətləri”ni kimlərəsə çatdırmaqla alınan qrantlar sonucda bu kəsləri letargiya dalğınlığına gətirib çıxarıb.

Müxalifət öz iddiasının qurbanı olub. Bu gün cılız elektoratla vurulan “Leyla Yunusa azadlıq!” akkordu da onların əleyhinə işləyir. Əməllərini saf-çürük etmədən “siyasi məhbus” kimi qələmə verilən fiqurlara eyni baxış bucağından baxılması siyasi rəqqasların ən azından naşılıqlarını ortaya qoydu. İndikindən uzaq olsun, bir müddət öncə həbsdə olan Əvəz Zeynallıya mən də azadlıq istəyirdim. Və bu “azadlıq” Leyla Yunusa istənilən azadlığın mahiyyəti ilə eyni idi.  Sadəcə olaraq, adıçəkilən fərdlərin dövlətçilik və millətçilik baxımından əməllərini müqayisə edəndə yaxşıyla pisin nədən ibarət olması apaydın görünür. Belə olan halda “siyasi məhbuslara azadlıq!” devizi altında vurnuxanlar hansı məntiqlə bu kəsləri eyniləşdirib ortaq məxrəcdən çıxış edirlər? Əvəz yazdıqları və min bir zillətlə çıxardığı “Xural” qəzetindəki tər-təmiz ab-hava ilə  AZAD MƏTBUATın özü idi – mən də bu AZADLIĞI istəyirdim. Bəs Leyla Yunus necə? Əgər dövlətçiliyimiz bu kateqoriyadan olan “hüquq müdafiəçiləri”nin “təqdimatları” əsasında təhdidlərlə, təzyiqlərlə üz-üzə qalırsa, “sabahımız üçün mücadilə edən müxalifət”in belələri üçün yaz, payız  kampaniyaları keçirmələri ancaq öz xeyirləri üçündür, sosial sifariş deyil. Ancaq sıradan bir insan olaraq Leyla xanımın azadlığa qovuşmasını arzulamaq olar, daha hansısa xidmətinə görə yox.

Siyasi əlillərin timsalında ox sancılası gödənlilər Avropalı qrant verənlərin ağ tüklərinə səcdə edirlər. Leyla Yunus sevdalıları kor ehtirasların əsirinə çevriliblər. Belə olan tərzdə Leyla Yunusdan öncə elə həmin kəslərin özlərinə azadlıq diləməyinə dəyər. Siyasi ekstaz vəziyyətinə düşərək yaz kampaniyasına başlayanlar dondan dona girməyi apardıqları mücadilənin ayrılmaz hissəsinə çeviriblər.  Küçə mitinqlərində Azərbaycan Qadınını sürüyən polislə “pipi eləməyi” nümayişkaranə surətdə qabardaraq Azərbaycan polisinin papağını dünyanın gözü qarşısında yerə çırpan Azərbaycan qadınının əməlləri çəki etibarilə eynidir.

Azadlıqdan danışanlar kiməsə azadlıq diləmək fonu yaratmaqla həm də KÜTLƏnin fikrini inhisarlaşdırmağa çalışırlar. Aktiv elektoratın dəstəyindən məhrum olan müxalifət “kral öldü, yaşasın kral!”  devizini həyat tərzinə çevirən məddahlar ordusu ilə hərəkətə keçib. Siyasi biçənəklərdə dən axtarışına çıxan əzbərçi şagirdlərin yurdsevərlikləri onlara verilən oyuncaqlara olan məhəbbətdəndir...

 

P.S. Dünya onları heyrətə gətirən ayıblarımıza gülməkdəykən biz hələ də çay keçərkən çırmanmağımıza “vaxseeey!” deyib, bunu özümüzə ayıb bilir və guya ki, ayıbımıza qısılırıq...

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam