QƏRBDƏN GƏLƏN İLĞIM
EPİTETLƏRDƏKİ SİĞƏOLUNMANIN GERÇƏKLİYİ
Azərbaycanda MÜXALİFƏTÇİliyin mahiyyəti və DÖVLƏTÇİliyin qorunması dedikdə siyasi müstəvinin fərqli qütblərində təmsil olunanların tam əksəriyyətinin ancaq öz maraqlarını etalon qismində cəmiyyətə sırımalarının şahidi oluruq. Avropa Parlamentinin 10 sentyabr tarixli qərarından sonra sərgilənən mövqelər də bunu deməyə əsas verir...
“Müxalifətçi” adına cəmiyyətin özündə belə ironik yanaşmanı stimullaşdıran “MİLLİ ŞURA”çılar və onlara siyasi rəğbətini gizləyə bilməyən dıgər qurumlarda olan VURNUXANLAR Avroparlamentin qərarından sonra lap ekstaz vəziyyətinə gəliblər. Və elə ol səbəbdəndir ki, avropalıların bəlğəmini “Azərbaycanı sevənlər” üçün bir məlhəm kimi dəyərləndrirlər. Həmin qərarı demokratiyanın, insan hüquqlarının təntənəsi, “insanlığın yüksək dəyər qazandığı gəlişmə” kimi dəyərləndirən ƏL İÇİ MÜXALİFƏT GÖRƏN HANSI UYKUDA OLDUĞUNUN FƏRQİNDƏDİRMİ?!
GÖRƏN bu adamlar dediklərini özləri eşidə bilirlərmi?!
GÖRƏN bu adamlar yazdıqlarını özləri oxuya bilirlərmi?!
GÖRƏN bu adamlar dilə gətirdikləri sözlərin çəkisini bilirlərmi?!
GÖRƏN bu adamlar illər ötdükdən sonra yuxarıda adı çəkilən qərarla bağlı gəldikləri qənaətin üstündə dura biləcəklərmi?!...
Ötən zaman kəsiyində hansısa məsələ ilə bağlı ƏL İÇİ və ƏLİN İÇİNDƏN SÜRÜŞÜB DÜŞƏN MÜXALİFƏTin siyasi gedişlərinin xronologiyası və tarixin acı istehzasına baxanda birmənalı şəkildə demək mümkündür ki, YOX, YOX, YOX!!!
Qərb öz maraqlarını diktə etmək üçün ƏL İÇİNDƏ OLAN VƏ ORADAN SÜRÜŞƏN QÜVVƏLƏRi qoğal həsrətli uykulara daldırmaqda görür!
Onların qulaqları eşitmir, gözləri görmür – çünki Qərbdən gələn ilğımın çəngindədilər...
ƏGƏR BELƏ OLMASAYDI, onda adına “müxalifətçi” epitetini siğə edən bu qüvvələr işğal olunmuş ərazilərimiz, soyqırıma məruz qalmış millətimiz, tapdalanan mənəviyyatımız, haqları pozulan qaçqınımız, köçkünümüzə münasibətdə göbək oynadan Avropa Parlamentinin siyasi və mənəvi əxlaqsızlığına “Azərbaycanı İŞIQLIĞA çıxaracaq qərar” adını verməzdilər. AZADLIQ, müstəqillik eşqiylə yaşayan BAHADIRLARın belə yön tutmasına haqq qazandırmaq kökündən yanlışdır...
Biz bilmirik, OLMAYA ana bətnindən yırtılaraq çıxarılan, hələ bu dünyanın işığına tamarzı olan uşağın cismiylə çilingağacı oynamaq, körpə uşağın gözü qarşısında ananın döşlərini kəsib onunla futbol oynamaq, atanın gözü qarşısında sütül qızını zorlamaq, ac qadınlara əsir övladlarının bədən hissələrindən yemək hazırlayaraq “8 mart” bayramlarını təbrik etmək xislətində bişərəflik gizlənən Avropanın“insan haqlarının qorunması” dediyi nəsnələrin tərkib hissəsidir?! “Hə,.. deyün də!”.
Bütün bunlar “müxalifətçilik” deyil, dövlətə, millətə qarşı xəyanətkarlıqdır. Dövlətçiliklə siyasi hakimiyyətlərə olan nifrəti, qəzəbi, müxalifətçiliklə milli xəyanətkarlığı bir-birinə qarışdırmayın, bəylər, dediyinizin fərqində olun. SABİR RÜSTƏMXANLI KİMİ! VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASInın sədri, millət vəkili, xalq şairi SABİR RÜSTƏMXANLI bu kontekstdə YEGANƏ LİDER, YEGANƏ ŞƏXSİYYƏTdir ki, dünən dediyi Sözün altından bu gün də fəxrlə imza ata bilər. VHP sədrinin gəldiyi qənaətlər bir çox hallarda yersiz tənqidlərə tuş gəlsə də, ancaq Sabir Rüstəmxanlının dedikləri sonradan hər zaman təsdiqini tapıb. Şübhə edənlər yaranan qurumlar, onların aqibəti, ümummilli əhəmiyyət kəsb edən məsələyə münasibətdə yaxın tarixə ekskurs edib liderlərinin və Rüstəmxanlının qənaətləri arasında paralellər apara bilər.Siyasətçinin BÖYÜKLÜYÜ də elə bundadır. Ancaq Rüstəmxanlıdan fərqli olaraq onun siyasi opponentləri hələ ki, bu BÖYÜKLÜYÜ əldə edə bilməyiblər...
Adı çəkilən qərara münasibətdə fizioloyi varlığı MÜXALİF ƏTdən olanlar kimi Milli Məclisdə hakimiyyəti təmsil edən parlamentarilərin özlərindən çıxmalarında da yuxarıda vurğulanan eyforik davranışların şahidi olduq. Ağına-bozuna baxmadan Avropa Parlamentinin, Martin Şultsun ünvanına ittihamlar yağdıran “deputatxana işçiləri” o qədər özlərindən çıxıblar ki, elə bil Azərbaycanda yaşayan deyillər. Şultsu “korrupsiya”da suçlamağa bir söz demək olmaz və elədir ki, var.
Ancaq “deputatxana işçiləri” GÖRƏN CAVAB VERƏ BİLƏRLƏRMİ Kİi, bu “Asan xidmət”lər niyə yaranıb? Ona görə yaranıb ki, səlahiyyətləri həmin quruma verilən idarə və təşkilatlarda süründürməçilik, rüşvətxorluq, korrupsiya baş alıb gedirdi.
İnsan haqlarının pozulmasından danışan “deputatxana işçiləri” GÖRƏN CAVAB VERƏ BİLƏRLƏRMİ Kİ, qanunda olan boşluqlardan əziyyət çəkən kimlərdir? Məhz sizlərin işə yarıtmaz münasibətinizdən kreditor qismində can verən millət indi də kəlmeyi-şəhadət söyləməkdədir.
İnsan haqlarının pozulmasından danışan “deputatxana işçiləri” GÖRƏN CAVAB VERƏ BİLƏRLƏRMİ Kİ, nədən bir qərara görə Avroparlament bunca təpkiylə üz-üzə qaldı? VƏ elə qalmalıdır da. Mən fərd olaraq çoxdan bildirmişəm ki, Avropaya tüpürmək lazımdır. Çünki Avropa da, Amerika da bizə təcrübə obyekti kimi baxır, sivil dünyanın subyekti kimi yox! Ancaq indi qərarla bağlı cəh-cəh vuranların çoxu Avropaya inteqrasiyanı, Avrodəyərlərin mənimsənilməsini günün prioriteti sanır və mədhiyyələr söyləyirdilər. Onda Avropa yaxşı idi, indi pis?...
Bütün bunlara cavabsa sadədir: hakimiyyətə yarınma meyli və elə bunun fonunda dövlətçiliyi siyasi hakimiyyətdə olmaqda görmək. Deməli, bu adamlar sabah əllərindəki siyasi resursdan məhrum olsalar, yenə də Avropaya serenada oxunacaq...
İstənilən halda MÜXALİFƏTÇİLİKlə DÖVLƏTÇİLİYƏ korporativ maraqların gətirilməsi və ayrı-ayrı qütblərdə dayanan qüvvələrin ümummilli məsələlərə münasibətdə bu səpkidən çıxış etmələri qorxulu tendensiyadır. Serenadaları korporativ maraqlarınıza və siyasi hakimiyyətlərə deyil, dövlətçiliyimizə oxuyun...
İGİD TEYMURLU