ABŞ-a mümkün hücumun hədəfləri açıqlandı -RƏSMİ

"Təchizat marşrutları, anbarlar və informasiya sistemləri ABŞ-a mümkün hücumun hədəfləri olacaq".
Yenixeber.org: Məlumata görə, bunu ABŞ müdafiə naziri Pit Heqset sənaye liderləri, hərbi liderlər və hökumət rəsmiləri qarşısında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb: "Biz yalnız logistikamız bizi dəstəklədiyi müddətcə müharibə apara bilərik. Düşmənlərimiz bunu bilir və bizi pozmaq üçün təchizat marşrutlarımıza, limanlarımıza, aerodromlarımıza, anbarlarımıza və informasiya sistemlərimizə hücum edəcəklər".
Bundan əlavə, Pentaqon rəhbəri bildirib ki, ABŞ lazım gələrsə, mövcud resursları ilə müharibəyə girəcək və qalib gələcək. Onun sözlərinə görə, Vaşinqtonun sərəncamında ən yaxşı və ən güclü silahlar var.









AZ
RU