Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ -NARAZILIQ VAR...

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən illə bağlı hesabat verdi

Ukraynada fəaliyyət göstərən Avqustin Voloşin adına Karpat Universitetinin məzunu olan Azərbaycan vətəndaşı Səfərov Pərviz Arzuman oğlu dörd ildən artıqdır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) təqdim etdiyi diplomun tanınması üçün cavab gözləyir.

Yenixeber.org: Müraciətinə uzun müddət rəsmi münasibət bildirilməməsi, eyni zamanda agentlik əməkdaşları tərəfindən etik davranış normalarına zidd halların baş verməsi ilə bağlı iddialar redaksiyamıza daxil olub. Məlumata görə, diplomun tanınması prosesi məqsədli şəkildə yubadılır və bu da vətəndaşın həm peşə, həm də şəxsi həyatında ciddi çətinliklərə yol açır. Məsələ ilə bağlı TKTA rəhbərliyinə ünvanlanan sualların yalnız bir qismi cavablandırılsa da, bir çox məqam hələ də açıq qalır. Bu səbəbdən, ictimaiyyətin məlumatlandırılması və şəffaflığın təmin olunması məqsədilə məsələyə yenidən qayıtmağa ehtiyac yaranıb.


SUAL: 2020–2025-ci illər arasında TKTA-ya xaricdə təhsil alan vətəndaşlar tərəfindən təqdim olunan neçə müraciət tanınıb, neçə müraciət rədd edilib?

CAVAB: 01.01.2020 - 06.11.2025-ci il tarixləri üzrə 26366 müraciətçinin 21821-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 4545 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

SUAL: Tanınma ilə bağlı təqdim edilən sənədlərin yoxlanması və qərar verilməsi üçün qanunla müəyyən edilmiş müddət nə qədərdir və bu müddət hansı hallarda uzadıla bilər?

CAVAB: Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.4-cü bəndində qeyd edilən sənədlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. Sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən və digər məsələlərdən asılı olaraq, sənədlərin icra müddəti dəyişə bilər.

SUAL: Müəyyən xarici ali təhsil müəssisələrinin diplomlarının tanınmamasına dair konkret meyarlar varmı? Varsa, bu meyarlar ictimaiyyətə açıqlanıbmı?

CAVAB: Xarici kvalifikasiyaların ölkə ərazisində tanınması üçün yuxarıda sözügedən Qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması mütləqdir. Həmin tələblər ali təhsil müəssisəslərinə münasibətdə dəyişmir.

SUAL: Tanınma prosesi zamanı vətəndaşlara sənədlərlə bağlı irad və ya əlavə tələb məktubla bildirilirmi? Əgər bildirilirsə, bu yazılı şəkildəmi həyata keçirilir?

CAVAB: Tanınma prosesi zamanı çatışmayan sənədlərlə bağlı müraciətçilərə şəxsi kabinetləri vasitəsilə məlumat verilir və həmin sənədlər yalnız elektron şəkildə qəbul edilir.

SUAL: TKTA əməkdaşlarının etik davranış qaydalarını pozduğu hallar aşkarlanarsa, bu barədə hansı daxili prosedurlar işə düşür?

CAVAB: Qeyd olunan hallar baş verdiyi təqdirdə mövcud qanunvericiliyə və Agentliyin Nizamnaməsinə uyğun olaraq tədbirlər həyata keçirilir.

SUAL: Agentlik daxilində tanınma prosesi zamanı şəffaflığı təmin etmək məqsədilə hər hansı monitorinq və ya audit aparılırmı?

CAVAB: Bəli, Agentliyin müvafiq struktur bölmələri tərəfindən bu fəaliyyət həyata keçirilir.

SUAL: Avqustin Voloşin adına Karpat Universitetinin diplomları ilə bağlı xüsusi araşdırma və ya hüquqi əsaslı istisna tətbiq edilirmi?

CAVAB: Xeyr, qeyd olunduğu kimi, Qaydaların 4-cü bölməsində qeyd olunan tələbləri tam qarşılamayan müraciətçilərin xarici kvalifikasiyalarının tanınmasından imtina edilir.

SUAL: Diplom tanınmasından imtina edilən şəxslərə əsaslandırılmış rəsmi cavab təqdim olunurmu? Əgər olunmursa, səbəbi nədir?

CAVAB: Kvalifikasiyalarının tanınmasından imtina edilən müraciətçilərə şəxsi kabinetləri vasitəsilə elektron qaydada imzalanmış inzibati akt təqdim olunur.

SUAL: TKTA-nın fəaliyyətinə ictimai nəzarət necə həyata keçirilir və vətəndaşların müraciətləri üzrə statistik məlumatlar nə qədər şəffaflıqla paylaşılır

CAVAB: TKTA öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında həyata keçirir. Belə ki, Agentliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq media üçün açıqlamalar və brifinqlər vasitəsilə cəmiyyətimizə çatdırılır, həmçinin rüblük və illik əsasda elektron bülleten və illik hesabat formatında TKTA-nın rəsmi internet səhifəsində ictimaiyyət üçün açıq şəkildə paylaşır. Həmçinin aylıq əsasda vətəndaşlar tərəfindən edilən müraciətlərin statistikası barədə məlumatlar da ictimaiyyət üçün paylaşılır.

Qeyd: Digər suallara cavab olaraq bildiririk ki, qeyd edilən məlumatların təqdim edilməsi yalnız məhkəmənin rəsmi sorğusu əsasında təqdim edilə bilər.

Redaksiya tərəfindən verilən sullar isə tam olaraq bunlardır:

1. 2020–2025-ci illər arasında TKTA-ya xaricdə təhsil alan vətəndaşlar tərəfindən təqdim olunan neçə müraciət tanınıb, neçə müraciət rədd edilib?
2. Tanınma ilə bağlı təqdim edilən sənədlərin yoxlanması və qərar verilməsi üçün qanunla müəyyən edilmiş müddət nə qədərdir və bu müddət hansı hallarda uzadıla bilər?
3. Müəyyən xarici ali təhsil müəssisələrinin diplomlarının tanınmamasına dair konkret meyarlar varmı? Varsa, bu meyarlar ictimaiyyətə açıqlanıbmı?4. Tanınma prosesi zamanı vətəndaşlara sənədlərlə bağlı irad və ya əlavə tələb məktubla bildirilirmi? Əgər bildirilirsə, bu yazılı şəkildəmi həyata keçirilir?
5. Müraciət edən şəxsin diplomunun tanınması prosesi gecikərsə, vətəndaş hansı instansiyaya şikayət edə bilər?
6. TKTA əməkdaşlarının etik davranış qaydalarını pozduğu hallar aşkarlanarsa, bu barədə hansı daxili prosedurlar işə düşür?

7. Şəhid ailəsinə qarşı etiq davranışda TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyibmi?
8. Şillə vurulması iddiasına qarşı həmin günün vətəndaş qəbulu zamanı görüntüləri cəmiyyətə təqdim edə bilərsizmi?9. Agentlik daxilində tanınma prosesi zamanı şəffaflığı təmin etmək məqsədilə hər hansı monitorinq və ya audit aparılırmı?
10. Avqustin Voloşin adına Karpat Universitetinin diplomları ilə bağlı xüsusi araşdırma və ya hüquqi əsaslı istisna tətbiq edilirmi?
11. Diplom tanınmasından imtina edilən şəxslərə əsaslandırılmış rəsmi cavab təqdim olunurmu? Əgər olunmursa, səbəbi nədir?

12. TKTA-nın fəaliyyətinə ictimai nəzarət necə həyata keçirilir və vətəndaşların müraciətləri üzrə statistik məlumatlar nə qədər şəffaflıqla paylaşılır?
13. TKTA fəaliyət dövründə heç olub ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının adından çıxan qərara etimad göstərilərək apelyasiya şikayəti verməsin?
14. Şəffaflığın təmin edilməsi məqsədi ilə vətəndaş qəbulu zamanı aparılmış video audio çəkilişi təqdim edə bilərsinizmi?
15. Vətəndaşın qəbulu zamanı TƏCİLİ TİBBİ YARDIMA zəng edilmiş və binaya təcili tibbi yardımın əməkdaşları gəlmişdir həmin anın videolarını təqdim edə bilərsinizmi?
Qanunvericiliyin tələblərinə uyğun suallar tərəfimizdən aidiyyatı quruma verilməsinə baxmayaraq tam dolğun məlumat verilməsi yenədə təmin edilməmişdir. Qeyd edək ki, ictimaiyyət daim tam dolğun məlumat istəyir. Vətəndaşın iddialarının yanlış olub olmamasını müəyyən edən amilləriaçıqlamaq qurumun vəzifə borclarından hesab edilir. Dəfələrlə ölkə rəhbəri çıxışlarında medianın suallarına tam dolğun məlumat verilməlidir ismarıcı bu gün verilən cavabdanda məlum olur ki Təhsil qurumlarımızda diqqətsizliklə qarşılanmaqdadır.

26.10.2025-ci il tarixindən gözlədiyimiz sorğumuza verilən yarımçıq cavablar heçdə dərc edilən çikayətə aydınlıq gətirilməsinə yardım etmədi. Vətəndaşın iddiaları iddia olaraq qalmaqda davam edir.

1. Şəhid ailəsinə qarşı etiq davranışda TKTA sədri onun anasının üzünə sillə vuraraq “get, narahat olma, sənə kömək edəcəyəm” deyibmi?
2. Şillə vurulması iddiasına qarşı həmin günün vətəndaş qəbulu zamanı görüntüləri cəmiyyətə təqdim edə bilərsizmi?
3. TKTA fəaliyət dövründə heç olub ki, birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının adından çıxan qərara etimad göstərilərək apelyasiya şikayəti verməsin?
4. Şəffaflığın təmin edilməsi məqsədi ilə vətəndaş qəbulu zamanı aparılmış video audio çəkilişi təqdim edə bilərsinizmi?
5. Vətəndaşın qəbulu zamanı TƏCİLİ TİBBİ YARDIMA zəng edilmiş və binaya təcili tibbi yardımın əməkdaşları gəlmişdir həmin anın videolarını təqdim edə bilərsinizmi?(Dia-az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam