Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İrəvanda etiraz aksiyası başladı

 

 Aprelin 28-də bir qrup vətəndaş elektrik enerjisinin verilməsinin dayandırılmasına görə Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Yenixeber.org: “Aysor.am” saytı xəbər verir ki, aksiyada iştirak edən vətəndaşlardan biri Nikol Paşinyanı ittiham edib:

“100 dəfə inzibati xəta haqqında protokol tərtib etsəniz də, yenə də çıxıb bura gələcəyik. Bu, seçdiyimiz hökumətdir, baş nazirimiz bunu görməlidir. Paşinyan anlamalıdır ki, yanındakı insanlar onun üçün həqiqəti təmsil etmirlər. Hökumətə heç bir işimiz olmadığına görə gəlməmişik”.

Polis hərəkət məhdudiyyətlərinin pozulmasına görə protokollar tərtib etməyin qarşısını almaq üçün aksiya iştirakçılarını evlərinə qayıtmağa çağırıb. Lakin etirazçılar buna məhəl qoymayıblar:

Mən seçdiyim şəxslər, hökumət üzvləri buradadır, ölkəmin baş naziri bu binada oturub. Baş nazir canlı yayımda əhalinin işıqsız qoyulmasının mümkünsüzlüyü barədə danışır, ancaq növbəti gün insanlar işıqsız qalır. Biz seçdiyimiz baş nazirdən haqqımızı tələb etməyə gəldik. Heç bir şeyi pozmuruq, seçdiyimiz baş nazirlə danışmaq, verdiyi vədləri niyə yerinə yetirmədiyini soruşmaq üçün gəldik. O, bizə vədlər verib”, – etirazçılardan biri deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam