Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ermənistan ordusunda böyük itki: 16 hərbçi öldü

Ermənistan ordusunda böyük itki: 16 hərbçi öldü
Helsinki Vətəndaş Assambleyasının Vanadzordakı ofisi 2020-ci ilin birinci rübündə Ermənistan ordusundakı itkilərlə bağlı məlumat yayıb.
Yenixeber.org: Ermənistan ordusu və işğal altında olan Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmə bu ilin ilk 3 ayında 16 itki verib.

Ölüm hallarının 5-i intihar, 5-i bədbəxt hadisə, 4-ü sağlamlıq problemləri, 1-i atəşkəsin pozulması, 1-i isə avtomobil qəzası nəticəsində baş verib.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumatlarda 12 itkinin olduğu açıqlanıb. Helsinki ofisi bəyan edib ki, 4 məlumatın 3-nü KİV-dən, 1-ni isə prokurorluqdan əldə edib. Ölənlərdən 5-i əsgər, 7-si MAXE, 4-ü isə zabitdir.

2019-cu ilin eyni dövrü ilə müqayisədə itkilər çoxdur. Ötən ilin 3 ayında 13 ölüm faktı qeydə alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam