Ermənistanda - koronavirusdan daha iki nəfər öldü
Ermənistanda koronavirusdan ölənlərin sayı 13-ə çatıb.
Yenixeber.org: Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Onun sözlərinə görə, koronaviusa yoluxmuş 86 və 81 yaşlarında iki pasiyent ikitərəfli pnevmoniyadan ölüb.
Bildirilib ki, son sutkada 29 yoluxma hadsəsi qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yolxanların sayı 966-a çatıb.