Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Banklar ödənişi dondursun, cərimələr ləğv edilsin” - Deputat

“Banklar ödənişi dondursun, cərimələr ləğv edilsin”  - Deputat

Millət vəkili Naqif Həmzəyev ölkədə fəaliyyət göstərən bank sektoruna müraciət edib.

Yenixeber.org: Millət vəkili  bildirib ki, ölkədə hökm sürən vəziyyətlə bağlı banklarda ödənişlər dondurulsun.

“Azərbaycanda fəaliyyət göstərən banklar kreditlərin ödənişini ən azı 3 ay müddətinə dondurmalıdırlar. Həmçinin gecikmələrə görə cərimələr bu müddət ərzində ləğv edilməlidir.

Bilirik ki, çoxlu sayda insanlar var ki, banklara borcları var və bu gün əksər yerlərdə işlər dayandırılıb. Böyük ehtimalla mövcud vəziyyət aprel ayının sonunadək davam edəcək.

Günəmuzd çalışan insanlar var ki, indiki halda kreditlərin qaytarılmasında problemlərlə üzləşə bilərlər. Banklar vətəndaşlara güzəşt etməlidir.

Mart, aprel, may ayında kredit ödənişləri dondurulsun və yaxud gecikmələrə görə cərimələr tətbiq olunmasın”, – deyə Naqif Həmzəyev qeyd edib. (baku.ws)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam