Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycanda - iranlı sürücülər polisin müşayiəti ilə hərəkət edirlər

 

Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilir. 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilən məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir. 

İstirahət yerlərində sürücülər DİN-in hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayiəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam