Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaqif Əsədov:"Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir"

"Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan məsafəsinə yaxın olan ərazidə sürüşmə olduğu üçün avtomobilin hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir.

Yenixeber.org: Xüsusilə bütün yük avtomobilləri Bakı-Salyan yolunun 14-km-liyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb".

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayon ərazisindən keçməklə hərəkətə davam edə biləcək:

"Bu əraziyə yaxın yerlərdə yaşayan sürücülər üçün müvafiq yol nişanları qoymaqla onların təhlüksiz hərəkəti təmin ediləcək. Dövlət Neft Şirkətinin bu ərazidə olan fəaliyyətində istifadə etdiyi texniki vasitələrin də hərəkət istiqaməti təyin edilib. Onlar 20-ci sahə dairəsindən və ya Bayıl qəsəbə daxilindən keçməklə hərəkətə davam edə biləcəklər. Hazırda vəziyyəti nəzərə alaraq sürücülərdən paytaxt istiqamindən mərkəzə doğru hərəkət edərkən 3-cü dairəvi yolla hərəkətlərini davam etdirmələrini xahiş edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam