Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polisindən rayonlardan Bakıya gələn sürücülərə XƏBƏRDARLIQ -FOTO

 

Yol polisindən rayonlardan Bakıya gələn sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının nəzarətində olan Salyan rayonu ərazisində maarifləndirici tədbir keçirilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəlcə Salyan postu ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıb. Həmçinin avtobus və mikroavtobuslarla rayonlararası sərnişin daşıyan sürücülər saxlanılaraq avtomobillərə baxış keçirilib.

Sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Sürücülərin əsasən tibbi müayinədən keçməsi hallarına diqqət yetirilib. Onlara yorğun olduqları hallarda postlarda qısamüddətli istirahət etmək üçün imkan yaradıldığı bildirilib.

Minik avtomobilinin sürücülərindən daha çox təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında mobil telefondan istifadə edənlərə rast gəlinib. Onlara bunun təhlükəli elementləri barədə bir daha məlumat verilib.

Sürücülərin nəzərinə çatdırılır ki, istirahət mövsümü başa çatmaq üzrədir və bu səbəbdən də bölgələrdən paytaxta nəqliyyatın hərəkətində intensivlik müşahidə olunur. Bu baxımdan, avtobus və mikroavtobusları idarə edən sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından avtomobil idarə edən zaman istirahət rejiminə ciddi nəzarət etmələri xahiş olunur.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam