Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qarabağla bağlı təxribat - XİN-dən təcili tələb

Qarabağla bağlı təxribat - XİN-dən təcili tələb

Bir müddət əvvəl, Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.  

Yenixeber.org: Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin Horizon 2020 proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.

Qeyd edək ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qarabağla bağlı təxribat - XİN-dən təcili tələb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam