Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Məmmədyarov-Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Yenixeber.org: Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsinə görə təbriklərini çatdırıb.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin, ərazilərimizin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu durumun saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni, beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. E.Məmmədyarov münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunmasının vacibliyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam