Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bugünün hava proqnozu

 

 
Azərbaycanda avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-29, Bakıda gecə 23-25, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında avqustun 8-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 8-9-da Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam