Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Terrorçu PKK - Qərbi Azərbaycanda iki qvardiyaçını öldürüb

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.

Yenixeber.org:  Bunu Makı valisi Həsən Abbasi bildirib.

Onun sözlərinə görə Makı sərhəd bölgəsində separatçı terrorçularla atışmada iki qvardiyaçı ölüb.

Qeyd edək ki, bu ərazi Türkyə ilə sərhəddə yerləşir. Terrorçu PKK qruplaşmasının İrandakı qolları Qərbi Azərbaycanın Urmiya, Makı, Nəğədə kimi şəhərlərində pozuculuq fəaliyyəti göstərərək yerli sakin olan azərbaycanlı sərhədyanı ərazilərdən köçməsinə çalışırlar. Onlar Azərbaycanın bu torpaqlarına iddia edərək, “Böyük Kürdüstan”a qatmaq niyyətindədirlər.

Mütəxəssislər bildirib ki, Tehran hakimiyyəti illər əvvəl kürd etnik qrupunu təmsil edən bu terror qruplaşmasının fəaliyyətinə göz yumub. Bir sıra hallarda isə onlara yardım belə edib. Suriya və İraqda vəziyyət dəyişdikdən sonra həmin terrorçu qruplaşmalar İranda da fəallaşıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam