Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bu günə -yağışlı hava gözlənilir

 
Azərbaycanda avqustun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-60 faiz olacaq. 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında avqustun 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam